Okt 06, 2023 19:09 Asia/Baku
  • Azərbaycana hərbi yardım dayandırılmalıdır

ABŞ administrasiyası Qarabağdakı vəziyyətlə əlaqədar Azərbaycana hərbi yardımı dayandırmalıdır.

Bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin bildirib.

Kardin Azərbaycan ordusunun Qarabağda keçirdiyi son hərbi əməliyyata toxunaraq vurğulayıb: “Birləşmiş Ştatlar bu qəddar kampaniyanı dayandırana qədər Azərbaycana təhlükəsizlik yardımını dayandırmalıdır”.

O, Azərbaycan hakimiyyətini Qarabağdakı hərəkətlərinə görə sərt şəkildə tənqid edib.

“Biz Dağlıq Qarabağı tərk etmiş etnik ermənilərə humanitar yardım göstərməliyik. Birləşmiş Ştatlar həmçinin Ermənistan rəhbərliyinin son illərdə həyata keçirdiyi demokratik islahatları, o cümlədən şəffaflığın, yaxşı idarəetmənin və ABŞ, eləcə də bütövlükdə Qərbi Avropa ilə iqtisadi əməkdaşlığın təşviqi səylərini dəstəkləməyə davam etməliyik”, – deyə amerikalı senator sözlərini yekunlaşdırıb.

 

Teqlər