Artıq çəkinin qarşını alan vitamin
Yeni bir araşdırmanın nəticələri göetərir ki, həyatın ilk illərində yüksək miqdarda D vitamini əldə edtmək yeniyetməlik dövründə piylənmənin qarşısını alır.
SəhərAzəri xəbər verir, Miçiqan Universitetinin portalında yer alan bir araşdırmaya əsasən, həyatın ilk illərindəki D vitamininin miqdarı və metabolik sindromu arasında əks əlaqə mövcuddur.
Tədqiqatçılar belə bir nəticəyə gəliblər ki, hər əlavə D vitamini vahidi əldə etməklə 1-5 yaş arasında bədən kütləsi indeksində artım tempi daha az olur və metabolik sindromuna yoluxma riski əhəmiyyətli dərəcədə azalır.
Metabolik sindromu elə bir vəziyyətdir ki, diabet, bel ətrafındakı piylər, xolesterol və ya triqliserid səviyyələri kimi xəstəliklər, həmçinin ürək xəstəlikləri, insult və ikinci tipli diabet riskini artırır.