İslam dünyasının Fatimiyyət günləri
Fatimeyi Zəhranın (ə) şəhid edilməsi günü ilə bağlı iki fərqli tarixi hədis var. Bu iki fakt onun şəhid edilməsinin 20 gün fərqlə qeyd olunmasına əsas yaradır.
Hicri-qəməri tarixi ilə 1436-ci ilin Cumada əl-ula ayının 13-dür. Həzrət
Məhəmməd ibni Abdullahın (s) Allah tərəfindən peyğəmbərliyə
seçilməsindən 5 il sonra həzrəti Fatimə (ə) dünyaya göz açıb.
Həzrəti Fatimə Peyğəmbərdən (s) sonra yaşayan yeganə övladıdır. Belə ki,
həzrət Məhəmməd peyğəmbərin (s) iki xanımdan 7 övladı olmasına
baxmayaraq, həzrəti Fatimə istisna olmaqla onların hamısı peyğəmbərdən
əvvəl vəfat ediblər. Peyğəmbər nəslinin davam etdirilməsi isə həzrəti
Fatimənin övladları vasitəsilə baş tutub.
Qurani-Kərimin bir
çox ayələrində, xüsusilə "Əhzab" surəsinin 33-cü ayəsində peyğəmbər
ailəsinin və nəslinin kimlərdən ibarət olduğu təkidlə qeyd edilir. Bu
məsələyə peyğəmbərdən nəql edilən hədislərdə daha çox yer verilib.
Həzrəti Fatimənin uşaqlıq illəri atasının müşriklərlə mübarizəsinin
çətin və şiddətli zamanına təsadüf edir. Həzrəti peyğəmbər belə bir
zamanda həyat yoldaşı həzrəti Xədicəni (ə) itirir. Bu zaman Fatimeyi
Zəhranın (s.ə) öhdəsinə düşən məsuliyyət daha da artır. Həzrəti Fatimə
müşriklərin atasına verdiyi əzab-əziyyətləri görür və hiss edirdi. O, bu
anlarda daim atası peyğəmbərin yanında idi. Məhz buna görə idi ki,
Məhəmməd peyğəmbər (s) qızını "Atasının anası" deyə səsləyərdi.
İmamlar anası Fatimeyi-Zəhra 18 yaşında ikən, yəni peyğəmbərdən cəmi 90
gün sonra Mədinə şəhərində şəhid edilir. Həyat yoldaşı həzrəti Əli (ə)
qəbrinin yeri bilinməsin deyə onu gecə ikən dəfn edir. Məhz buna görə də
həzrəti Fatimənin (s.ə) məqbərəsi naməlum olaraq qalır.
Fatimeyi Zəhranın (ə) şəhid edilməsi günü ilə bağlı iki fərqli tarixi
hədis var. Bu iki fakt onun şəhid edilməsinin 20 gün fərqlə qeyd
olunmasına əsas yaradır. Bir çox müsəlman ölkəsində bu 20 günü
"Fatimiyyə" günləri kimi qeyd edirlər. Fatimiyyə günləri bugündən
etibarən başlayır.