Mart 15, 2016 09:21 Asia/Baku
  • Bir Nəlbəki Bahar

Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.

Bayramlar Onların bir çoxunu insanlar təbiət, cəmiyyət üzərində qələbələrini təsdiq etmək üçün yaradıblar. Lakin bu bayramlar sırasında elələri də var ki, taleyimiz kimi bizə təmənnasız bəxş olunub. Bu bayramların təntənəsinə insan daxili, ruhi oyanışın təsiri ilə hazırlaşır. Buböyük bayramlarından biri də Novruz bayramıdır.


Bahar gəldi, Bahar gəldi, Xoş gəldi,

Gül olsun bülbül olsun,

Bağçamızda gül olsun,

Güllər, güllər nübara,

Novruz, novruz bahara,


Xəstə könül onu görcək dirçəldi.


Tarixi, çox qədim olan Novruz bayramı hər il  böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. ….. Bu vaxt qış qurtarır, Yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Adamlar novruz bayramının pişvazına çıxarlar. Onu nəğməylə qarşılayarlar:



Novruz köməyin olsun

Novruz xonçan düşərli olsun

Novruz falın uğurlu olsun

Novruzda bəxtin açılsın

Novruz üzünə gülsün

Novruza niyaz eləyəsən

Novruz payı yeyəsən

Novruz gülünə dönəsən

Novruz mətləbini versin

ÜrəyinNovruz qədər qutlu olsun.





Teqlər