Həzrət Fatimə (sə)-ın viladəti münasibəti ilə təbrik
Həzrət Fatimə (sə)-nın viladəti münasibəti ilə təbrik
Bu gün çərşənbə1437-cii hicri qəməri ili 20 camadüs-sani 2016-cı milad ili 30 aprel isalmın əziz qızı Həzrət Fatimə Zəhra (sə)-nın maild günü ilə təsadüf edir. Bu gözəl gün İranda "Analar günü" adı ilə qeyd olunur
Həzrət Fatimə (sə) cəmadiüssani ayını 20-də və hicrət ilindən 8 il öncə dünyaya göz açdı və əziz atası Həzrət Məhəmməd(s.ə.s)-ın göstərişləri ilə elm, fəzilət və kamalın ən yüksək rütbəsinə nail olub.
İslamın Əziz Peyğəmbərinin qızı həmçinin şiələrin birinci imamı Həzrət Əli (əs)-ın səmimi və səfalı evində ən gözəl şəkildə öz qadın və analıq vəzifəsini yerinə yetirdi və İmam Həsən(əs), İmam Hüseyn (əs) və Həzrət Zeynəb (sə) kimi insanları öz müqəddəs qoynunda boya-başa çatdırdı.
İslami İran həmin münasibətlə iki dünya xanımı Sediqeye Tahirə Həzrət Fatimə Zəhra (sə)-ın təvəllüdü axşamı nur və şənliklə dolmuşdur. Həmin məlumata əsasən, İranın müxtəlif məntəqələri, o cümlədən Qom və Məşhəd şəhəri başqa bir ruhiyyə-əhvalda olub və İsmət və Təharət xandanının vurğunları bütün küçələri, xiyabanları bəzəyərək, şənlik keçirərək bu əziz günü qeydə alıblar.
Beynəlxalq Səhər telekanalının Azəri Radiosu həmin gözəl münasibətlə əlaqədar bütün müsəlmanları və dünya azadsevərləri xüsusilədə Həzrət Zəhra (sə)nın həqiqi ardıcıllarından olan anaları və qadınları təbrik edir.