Verdilər hər meyvəsiz binəhr nəxlistanə su + (Audio)
Okt 21, 2015 14:44 Asia/Baku
Kərbəla - yalnız coğrafi məkana və tarixi zamana aid olan bir hadisə deyil. Kərbəla – hər dövrə, hər zamana, hər məkana aid olan bir məsələdir.
Verdilər hər meyvəsiz bir bəhr nəxlistanə su
Vermədilər bir içim sultan-i məzlumanə su
Heyrətim artar baxanda çölllərin dağ-daşına
Nəhrlər, çaylar axar səhralara öz başına
Qismət olmadı həmin su Zeynəbin qardaşına
İndi sərgərdan xəcalətdən axar hər yanə su
İşlədikcə göz, görürsən hər tərəf dağlar sudur
Dağlar üstündən olur cari dolar bağlar sudur
Sizdən artıq Kərbəla məzluminə ağlar sudur
Ondan ötür haq taala xəlq edib ətşanə su