“Rəbiül-əvvəl” ayı mübarək
Rəbiul-əvvəl ayının hülulu münasibəti ilə bütün müsəlmanları təbrik edirik.
2.“Ləylətul-məbit” hadisəsi
1. Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti
Qüreyş
kafirləri Əqəbənin ikinci beyətindən xəbərdar olub peyğəmbəri (s)
öldürmək qərarına gəldilər. Bu təklifi Əbu Cəhl irəli sürdü və qüreyş
böyükləri hamılıqla onu qəbul etdi. Beləliklə Qüreyşin hər tayfasından
cəsur gənclər seçildi. Onlar, gecə ikən hamılıqla onu qətlə yetirmək
üçün peyğəmbərin (s) evinə soxulmaldı idi. Allah, Cəbrail (ə) vasitəsi
ilə onların bu planını peyğəmbərə (s) çatdırdı. Bu hadisə hicri təqvimi
ilə be`sətin 13-cü günü baş verdi. Sonralar, həzrət Əlinin (ə) təklifi
ilə peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti islam tarixinin əsasını
təşkil etdi. (Məsabihi-Kəfəmi, c. 2, səh. 596).
2. “Ləylətul-məbit” hadisəsi
Allahın
Rəsulu (s), besətin on üçü ili, rəbiyül-əvvəlin birinci günü, Allahın
göstərişi ilə Qüreyş kafirlərin təhlükəsindən xilas olmaq üçün Mədinəyə
tərəf hicrət etdi. Kafirləri azdırmaq üçün həzrət Əli (ə) peyğəmbərin
(s) yatağına yatdı. Qüreyş gəncləri, onu öldürmək üçün evə daxil oldu.
Orada həzrət Əli (ə) ilə üzləşdiklərindən heyrətləndirlər. Uduzmuş halda
evdən çölə çıxdılar. O hadisədən sonra bu şərif ayə nazil oldu:
“Camaat arasında eləsi var ki, özünü Allah razılığı yolunda satır. Allah bəndələrə mehribandır.”
(“Bəqərə” surəsi, ayə: 207)
Bir
rəvayətdə deyilir ki, həzrət Əli (ə), peyğəmbərin (s) yatağında yatan
gecə Allah tərəfindən Cəbrail (ə) və Mikailə (ə) xitab oludnu: “Mən siz
ikinizin arasında qardaşlıq olmasın qərara almlşam. Sizdən hansınız
digərinin ömrünün uzun olması üçün fədakarlıq edə bilər?” Onların hər
ikisi uzun ömürü seçdi. Xitab oldundu: “Mənim yerimə baxın və görün ki,
necə, Əli ibn Əbi Talib (ə) öz həyatını qardaşına - islamın əziz
peyğəmbərinə (s) fəda edir. Onun yerində yatıb, canına ona qurban verir.
Gedin yerə, onu düşmənlərdən qoruyun!” Onlar gəldi. Cəbrail (ə)
həzrətin baş tərəfində, Mikail (ə) ayaq tərəfində oturub nida etdilər: “
Mərhaba! Kim sənin kimi olar, ey Əbi Talibin oğlu! Allah, bütün
mələkərlə sənə salam göndərdi.” Elə bu zaman “ Camaat arasında eləsi var
...” ayəsi nazil oldu. (Əl-Ehticac, c.1, səh. 160, - Biharül-ənvar,
c.19, səh. 39)