Sen 03, 2016 13:00 Asia/Baku
  • İmam Əli (ə) və Həzrət Fatimənin izdivaci necə olub?
    İmam Əli (ə) və Həzrət Fatimənin izdivaci necə olub?

İmam Əli (ə) və Həzrət Fatimənin izdivaci necə olub?

Əli (ə) Allahın əmri və islamın gözəl qanununa əsasən gəncliyinin tufanlı dövründə öz həyat gəmisinə sakitlik və aramlıq bəxş etmək qərarına gəlir

Əli (ə) Allahın əmri və islamın gözəl qanununa əsasən gəncliyinin tufanlı dövründə öz həyat gəmisinə sakitlik və aramlıq bəxş etmək qərarına gəlir. Amma onun kimi bir şəxsiyyət həyat yoldaşı seçərkən heç vaxt nisbi və müvəqqəti bir rahatlıqla kifayətlənərək, həyatının başqa üfüqlərini nəzərindən yayındıra bilməzdi. Buna görə də elə bir həyat yoldaşı tapmaq istəyirdi ki, iman, təqva, elm, bilik, dünyagörüş, nəciblik və əsil-nəsəb baxımından misilsiz olsun. Əli (ə) üçün belə bir həyat yoldaşı anadan olduğu dövrdən o vaxta kimi bütün xüsusiyyətlərindən tam agah olduğu şəxsdən–Peyğəmbərin (s) qızı Fatimeyi-Zəhradan (ə) başqa heç kəs ola bilməzdi. HƏZRƏTİ ZƏHRANIN (Ə) ELÇİLƏRİƏlidən (ə) qabaq Əbu Bəkr və Ömər Peyğəmbərin (s) qızı ilə evlənmək üçün hazır olduqlarını elan etmiş, lakin hər ikisi Peyğəmbərdən bu cavabı eşitmişdilər: "Zəhranı ərə vermək üçün ilahi vəhyi gözləyirəm." O iki nəfər Həzrəti Zəhra (ə) ilə evlənməkdən ümidsiz olduqda Ovs qəbiləsinin rəisi Səd-Məaz ilə söhbət etmişdilər və dərk etdilər ki, Əlidən (ə) başqa bir kəs Zəhra (ə) ilə evlənməyə layiq deyil, eləcə də Peyğəmbərin (s) nəzərdə tutduğu adam ondan başqası deyil. Buna görə də birlikdə Əlini (ə) axtarmağa başladılar və nəhayət onu ənsardan olan bir nəfərin bağında tapdılar. Əli (ə) öz dəvəsi ilə xurmaları suvarırdı. Onlar Əliyə üz tutub dedilər:–Qüreyşin əyan-əşrafı Peyğəmbərin (s) qızına elçiliyə gediblər. Peyğəmbər (s) onlara cavab verib ki, Zəhranın işi Allahın iznindən asılıdır. Biz ümidvarıq ki, əgər sən (malik olduğun xidmətlər və fəzilətlərlə belə) Fatimə üçün elçilik etsən, münasib cavab eşidəcəksən. Əgər sənin mal-dövlətin az olsa, biz sənə kömək etməyə hazırıq.Bu sözləri eşidən Əlinin (ə) gözləri sevinc yaşları ilə doldu. O dedi:–Mənim Peyğəmbərin (s) qızına meyl və məhəbbətim var.Bunu deyib işindən əl çəkdi və Peyğəmbərin evinə tərəf yollandı. (O vaxt Peyğəmbər Ümmü Sələmənin yanında qalırdı). Evin qapısını döyəndə Peyğəmbər dərhal Ümmü Sələməyə dedi:–Qalx ayağa və qapını aç. Bu, Allahın və Onun Rəsulunun sevdiyi bir şəxsdir.Ümmü Sələmə deyir: "Peyğəmbərin (s) təriflədiyi bu şəxsi tanımaq şövqü mənə elə təsir etmişdi ki, qapını açmağa gedəndə az qalırdı ki, ayaqlarım bir-birinə dolaşsın. Mən qapını açdım və Əli (ə) evə daxil olub Peyğəmbərn (s) hüzurunda əyləşdi. Amma həyası və Peyğəmbərin məhzərinin əzəməti onun bir söz deməsinə mane olurdu. Ona görə də, başını aşağıya salmışdı. Ortalığa sükut çökmüşdü. Nəhayət, Peyğəmbər (s) sükutu pozub dedi:–Elə bil bir iş üçün gəlmisən?Əli (ə) cavab verdi:–Mənim risalət ailəsi ilə olan qohumluğum və həmçinin bu din yolunda sabitqədəm olmağım, islamın inkişaf etməsində etdiyim cihad və səylərim Sizə aydındır.Peyğəmbər buyurdu:–Sənin məqamın bu deyilənlərdən də yüksəkdir.Əli (ə) dedi:–Məsləhət görürsünüzmü ki, Fatiməni mənə əqd edəsiniz? Əli (ə) evlənmə təklifini irəli sürdükdə öz təqvasına və parlaq xidmətlərinə arxalanır və bu yolla hamıya öyrədir ki, üstün olmağın meyarı gözəllik, sərvət və mənsəb yox, yalnız və yalnız təqvadır.Peyğəmbəri-Əkrəm (s) qadının da azad şəkildə özünə həyat yoldaşı seçmə haqqını bəyan edərək Əliyə (ə) belə cavab verdi:–Sizdən qabaq başqaları da qızıma elçiliyə gəlmişdilər. Mən onların istəkləri barəsində qızımla məsləhətləşdim, amma Fatimənin üzündə onlara qarşı şiddətli narazılıq hiss etdim. Indi sizin istəyiniz barədə onunla məsləhətləşib, sonra nəticəni sizə xəbər verərəm.Peyğəmbər (s) Zəhranın (ə) evinə daxil oldu. Zəhra (ə) ayağa qalxıb əbanı atasının çiynindən götürdü və (Peyğəmbərin) ayaqqabılarını çıxarıb mübarək ayaqlarını yudu. Sonra dəstəmaz alıb Peyğəmbərin (s) hüzurunda əyləşdi. Peyğəmbər öz qızı ilə söhbətə belə başladı:–Əbu Talibin oğlu Əlinin islamdakı fəzilət və məqamı bizə aydındır. Mən Allahdan istəmişdim ki, səni Öz məxluqunun içində ən yaxşı adama qismət etsin. Hal-hazırda o, sənə elçiliyə gəlmişdir. Bu barədə nə deyirsən?Zəhra (ə) dərin bir sükuta daldı, amma üzünü Peyğəmbərdən (s) döndərmədi və hətta azacıq narazıçılıq belə onun üzündə zahir olmadı. Rəsuli-Əkrəm (s) ayağa qalxıb buyurdu: "Allahu əkbər! Qızımın susması onun razılıq əlamətidir."RUHİ, ƏXLAQİ VƏ FİKRİ HƏMDƏMİIslam dinində hər bir müsəlman başqaları ilə bərabərdir və bir müsəlmanla ailə quran müsəlman qadın öz şənində olan kişi ilə həyat əhd-peymanı bağlayır. Amma ruhi, mənəvi və fikri nöqteyi-nəzərdən araşdırdıqda, qadınların çoxunun bəzi kişilərin–və əksinə, tayı olmadığı aydın olur. Ali, insani və əxlaqi səciyyələrə, həmçinin dərin elmə və biliyə malik olan nəcib və şərafətli müsəlman kişilər ruhiyyə və əxlaqi səciyyələrdə onlara tay və oxşar olan qadınlarla ailə qurmalıdırlar. Bu qanun yüksək əxlaqi fəzilətlərə, dərin düşüncə və biliyə malik olan ismətli və təqvalı qadınlara da aiddir. Evlənib ailə qurmaqda olan ümdə məqsəd–yəni, həyat boyu ruhi aramlıq, arxayınlıq və rahatlıq bu məsələyə riayət etmədən təmin olunmaz və bu halda həyat mühitinə bir növ əxlaqi uyğunluq, ruhi bərabərlik və cazibə hakim olmayınca qurulan ailə lazımi davamlılıqdan bəhrələnməyəcək. Bu deyilənləri nəzərə almaqla Peyğəmbərə (s) xitab olunan ilahi kəlamın mahiyyəti aydın olar: "Əgər Əlini yaratmasaydım, yer üzündə sənin qızın Fatiməyə layiq bir adam tapılmazdı."Aydındır ki, onun şəninə layiq olmaq məqam və ruhi cəhətdəndir.

Teqlər