İyul 04, 2015 15:15 Asia/Baku
  • Əxlaqlı olmaq üçün neçə amil
    Əxlaqlı olmaq üçün neçə amil

İnsan yaşayışında və başqaları ilə qarşılaşdıqda əxlaqlı olmalı və əxlaqlı olmaq üçün önəm verməlidir

İnsanı mal-dövlət yetişdirməz, insanı əməli yetişdirər. O kəs ki, ən yaxşı rəftara, əxlaqa malik olmaq istəyir, gərək yaxşı əxlaqı, yaxşı nəsihətləri tanısın. Ona əsasən öz rəftar və əxlaqını səhmana salsın. Hər bir insan yaxşı əxlaqa malik olmaq istəyir. Ağıl hər bir halda insanı ədalətə tərəf hidayət edər, zülm və pis işlərdən çəkindirər. Bu yolda da köməyimizə Məsumlar (ə) gəlir və bizə düz yolu göstərirlər. Hər bir müsəlmanın vəzifəsi budur ki, ya alim olsun, ya da alimin dediklərinə və nəsihətlərinə əməl etsin. Heyvanlar kimi hər nə istəyirsə etməsin. Əgər bir şeyi bilmirsə, soruşsun. Elmə əsasən əməl etsin. Alimlərin də vəzifəsi budur ki, biz insanlara bilmədiklərimizi öyrətsinlər. İmam Hadi (ə) buyurur: “O alimlər ki, bizim davamçılarımızın və dostlarımızın fəryadına çatar, onun çətinliyini aradan qaldırar, Qiyamət günü elə halda məhşur olar ki, başında parlayan tac olar. O, nur saçar”. Həzrət Peyğəmbər (s) öz risalətinin əsl hədəfini məkarim əxlaqda görürdü. Ona görə də İslam daha çox əxlaqa diqqət edir. Namaz bizlərə hüsnü-əxlaqı öyrədən bir əməldir. Namazqılanın ən üstün sifətlərindən biri budur ki, insanlarla mülayim rəftar etsin, yoxsullara əl tutsun və heç kimin haqqını tapdalamasın. Namaz qılan malının zəkatını verər, infaq edər. Bu cür insanlar hətta əsir kafirlərə belə rəhm edər və öz yeməyini ona verərlər. İmam Hadi (ə) buyurur: “Təvazökarlıq ondadır ki, insanlara elə şeyi edəsən ki, sənə də onu edilməsini istəyəsən”. Bu hədis bizlərə necə düzgün yaşayacağımızı və necə əxlaqa malik olacağımızı öyrədir. Yəni o şeyi ki, özün üçün bəyənirsən, başqaları üçün də bəyən. Özündən əsirgədiyin şeyləri başqalarından da əsirgə. Ona görə də Həzrət ((ə) təvazökar insanların İmam Əli (ə) davamçsıı olduğunu vurğulayır. Həzrət (ə) buyurur: “Hər kəs din qardaşları ilə ünsiyyətdə təvazökarlıq edər, həqiqətən bu insan Allah yanında siddiqlərdən və Əli bini Əbitalibin (ə) davamçılarından olar”. İnsan Allaha itaət etməyi özü üçün vacib etməlidir. Çünki Allah bizləri yaxşı işlərdən başqasına dəvət etməz. Bizləri dəvət etdiyi işlərin hamısı xeyir və bərəkətdir. Ona görə də Allahın razılığını əldə etmək - Ona itaət etməkdir. Eyni zamanda yaranmışların da razılığını əldə etməkdir. Allah Təala yaxşılıqlara dəvət edər, yaranmışlar da ancaq yaxşı işlərdən xoşlanar. İmam Hadi (ə) buyurur: “O kəs ki, Allaha itaət edər, başqalarının qəzəbindən qorxmaz”. Allahın razılığını qazanacaq əməllərdən biri də valideynə yaxşılıq etmək və ona itaət etməkdir. Ona görə də ən yaxşı sileyi-rəhm - valideynə olan sileyi-rəhmdir. Ən gözəl əxlaqi rabitəni valideynlərlə qurmaq lazımdır. Ancaq o kəslər ki, İlahi əmrin əksinə əməl edər, ağvalideyn olar. Öz maddi və axirət həyatını bada vermiş olar. İmam Hadi (ə) buyurur: “Ata və ananın narazılığının ardınca gücsüzlük gələr. İnsanı zillətə çəkər”. Həsəddən və yalandan çəkinmək də insanı əxlaqi fəzilətlərə yaxınlaşdırar. İmam Hadi (ə) buyurur: “Həsəd yaxşı əməlləri aradan aparar, yalan düşmənçilik gətirər”. İnsanı uçuruma yuvarlada bilən sifətlərdən biri də təkəbbürdür. Əgər ondan uzaq olarıqsa, Allaha bir addım daha yaxınlaşarıq. İmam Hadi (ə) buyurur: “Təkəbbür elm, təhsil almağa mane olar, insanı xarlığa və nadanlığa tərəf çəkər.” Həmçinin insan gözəl əxlaqa malik olmaq üçün gərək paxıllıqdan uzaq olsun. İmam (ə) bu haqda buyurur: “Paxıl olmaq - ən pis əxlaqdır. Həmçinin tamahkar olmaq bəyənilməyən xüsusiyyətdir”. Beləliklə, çalışaq ki, İmamın (ə) buyurduğu gözəl sifətlərə malik olaq və bəyənilməyən sifətləri tərk edək. /Tebyan/  

Teqlər