Ramazan bayramı
İyul 17, 2015 12:32 Asia/Baku
İslamın müqəddəs bayramları arasında orucluq mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır.
Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər. İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar, çünki bu ayın gecələrindən birində müqəddəs Qurani-Kərim nazil olub. Həmin gecə "qədir" və ya "əhya" gecəsi adlanır. Qədir gecəsinin konkret olaraq hansı gün olduğu bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər var. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-si gecələrindən biridir. Qurani-Kərimdə "Qədir surəsi" vardır. Bu surədə qədir gecəsi haqqda belə yazılır: "Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür". Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: "Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın". Orucluq vaxtı gündüz yemək, içmək, siqaret çəkmək olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, döyüşçülər, əsirlikdə olanlar və səyyahlar azad olunurlar. Oruclu adam sürmə çəkməməli, ətirlənməməli, tütün, gül iyləməməli və orucu pozan digər hərəkətlərdən imtina etməlidir. Orucluq dövründə adam dünya ləzzətindən çəkinir, gündəlik fəaliyyətini davam etdirsə də, özünü Allaha ibadətə həsr edir, nəfsini təmiz saxlayır və bu vaxt şeytan onun qəlbinə yol tapa bilmir. Peyğəmbərimiz (s.ə.s) buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar. Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzinə (qəzasını) tutmalı və ya fidyə verməlidirlər. Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur. Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir- birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Ramazan bayramının məqsədi Ramazan bayramının məqsədlərindən biri müsəlmanların toplanması və görüşməsidir. Müsəlmanlar bayramda görüşür, bir yerdə namaz qılırlar. Oruc ibadətlərini bitirdikdən sonra müsəlmanlar bayram keçirir və bir yerə yığılırlar. Bayramın başqa məqsədlərindən də, müsəlmanların bir-birini ziyarət etməsi, qohum-əqrabalarla görüşməsi, əgər arada inciklik varsa barışması üçündür. Bayramda kasıblar və yoxsullar da sevinməlidir, onlar da yeni paltar geyərək bütün müsəlmanlarla bir yerdə namaza gəlməlidirlər. Məhz buna görə fitrə zəkatı buyurulmuşdur ki, yoxsul müsəlmanlar da bayramı keçirsinlər və hamı kimi şənlənsinlər. Bayramın qaydaları Bayram günü oruc tutmaq haramdır.Bayram günü qüsl almaq, çimib təmizlənmək, təmiz paltar geyinmək müstəhəbdir.Bayram namazı oruc halında qılınmaz. Müsəlman bayram namazı qılmamışdan qabaq heç olmasa bir kiçik xurma yeməlidir. Bayram günü bütün müsəlmanların bir-birlərini bayram münasibəti ilə təbrik etməlidirlər.Ramazan bayramı duasıI اَللَّهُمَّ إلَیْکَ وَجَّهْتُ وَجْهی وَ عَلَیْکَ تَوَکَّلْتُ، اَللَّهُ أکْبَرُ کَما هَدانا، اَللَّهُ أکْبَرُ إلهُنا وَ مَوْلانا، اَللَّهُ أکْبَرُ عَلى ما أوْلانا وَ حُسْنِ ما أبْلانلا، اَللَّهُ أکْبَرُ وَلِیُّنَا الَّذی اجْتَبانا، اَللَّهُ أکْبَرُ رَبُّنَا الَّذی بَرآنا، اَللَّهُ أکْبَرُ الَّذی أنْشَأْنا، اَللَّهُ أکْبَرُ الَّذی بِقُدْرَتِهِ هَدانا، اَللَّهُ أکْبَرُ الَّذی خَلَقَنا فَسَوّانا، اَللَّهُ أکْبَرُ الَّذی بِدینِهِ حَبانا، اَللَّهُ أکْبَرُ الَّذی مِنْ فِتْنَتِهِ عافانا، اَللَّهُ أکْبَرُ الَّذی بِالإْسْلامِ اصْطَفانا، اَللَّهُ أکْبَرُ الَّذی فَضَّلَنا بِالإْسْلامِ عَلى مَنْ سِوانا، اَللَّهُ أکْبَرُ وَ أکْبَرُ سُلْطاناً، اَللَّهُ أکْبَرُ وَ أعْلا بُرْهاناً، اَللَّهُ أکْبَرُ وَ أجَلُّ سُبْحاناً، اَللَّهُ أکْبَرُ وَ أقْدَمُ إحْساناً، اَللَّهُ أکْبَرُ وَ أعَزُّ غُفْراناً، اَللَّهُ أکْبَرُ وَ أسْنى شَأْناً. اَللَّهُ أکْبَرُ ناصِرُ مَنِ اسْتَنْصَرَ، اَللَّهُ أکْبَرُ ذوالْمَغْفِرَةِ لِمَنِ اسْتَغْفَرَ، اَللَّهُ أکْبَرُ الَّذی خَلَقَ وَ صَوَّرَ، اَللَّهُ أکْبَرُ الَّذی أماتَ وَ أقْبَرَ، اَللَّهُ أکْبَرُ الَّذی إذا شاءَ أنْشَرَ، اَللَّهُ أکْبَرُ وَ أعْلا وَ أکْبَرُ، اَللَّهُ أکْبَرُ وَ أقْدَسُ مِنْ کُلِّ شَیءٍ وَ أظْهَرُ، اَللَّهُ أکْبَرُ رَبُّ الْخَلْقِ وَ الْبَرِّ وَ الْبَحْرِ، اَللَّهُ أکْبَرُ کُلَّما سَبَّحَ اللَّه شَیْءٌ وَ کَبَّر، اَللَّهُ أکْبَرُ کَما یُحِبُّ رَبُّنا أنْ یُکَبَّر. اَللَّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ عَبْدِکَ وَ رَسُولِکَ وَ نَبیِّکَ وَ صَفیِّکَ وَ نَجیبِکَ وَ أمینِکَ وَ حَبیبِکَ، وَ صَفْوَتِکَ مِنْ خَلْقِکَ وَ خَلیلِکَ وَ خاصَّتِکَ وَ خِیَرَتِکَ مِنْ بَریَّتِکَ. اَللَّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ عَبْدِکَ الَّذی هَدَیْتَنا بِهِ مِنَ الْجَهالَةِ وَ بَصَّرْتَنا بِهِ مِنَ الْجَهالَةِ وَ بَصَّرْتَنا بِهِ مِنَ الْعَمى، وَ أقَمْتَنا بِهِ عَلَى الْمَحَجَّةِ الْعُظْمى وَ سَبیلِ التَّقْوى، وَ کَما أرْشَدْتَنا وَ أخْرَجْتَنا بِهِ مِنَ الْغَمَراتِ إلى جَمیعِ الْخَیْراتِ، وَ أنْقَذْتَنا بِهِ مِنْ شَفاجُرُفِ الْهَلَکاتِ. اَللَّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، أفْضَلَ وَ أکْمَلَ وَ أشرَفَ وَ أکْبَرَ وَ أطْهَرَ وَ أطْیَبَ وَ أتَمَّ وَ أعَمَّ وَ أزْکى وَ أنْمى وَ أحْسَنَ وَ أجْمَلَ ما صَلَّیْتَ عَلى أحَدٍ مِنَ الْعالَمینَ. اَللَّهُمَّ شَرِّفْ بُنْیانَهُ وَ عَظِّمْ بُرْهانَهُ وَ أعْلِ مَکانَهُ، وَ کَرِّمْ فِی الْقِیامَةِ مَقامَهُ، وَ عَظِّمْ عَلى رُؤُسِ الْخَلائِقِ حالَهُ. اَللَّهُمَّ اجْعَلْ مُحَمَّداً وَ آلَ مُحَمَّدٍ یَوْمَ الْقِیامَةِ، أقْرَبَ الْخَلْقِ مِنْکَ مَنْزِلَةً وَ أعْلاهُمْ مِنْکَ مَکاناً، وَ أفْسَحَهُمْ لَدَیْکَ مَنْزِلَةً وَ مَجْلِساً، وَ أعْظَمَهُمْ عِنْدَکَ شَرَفاً وَ أرْفَعَهُمْ مَنْزِلاً. اَللَّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَ الْأئِمَّةِ الْهُدى الْمُهْتَدینَ وَ الْحُجَجِ عَلى خَلْقِکَ، وَ الْأدِلّاءِ عَلى سَبیلِکَ، وَ الْبابِ الَّذی مِنْهُ یُؤْتى وَ التَّراجِمَةِ لِوَحْیِکَ کَما سَنّوا سُنَّتَکَ، النّاطِقینَ بِحِکْمَتِکَ وَ الشُّهَداءِ عَلى خَلْقِکَ. (()) اَللَّهُمَّ صَلِّ عَلى وَلِیِّکَ الْمُنْتَظِرِ أمْرَکَ الْمُنْتَظَرِ لِفَرَجِ أوْلِیائِکَ. اَللَّهُمَّ اشْعَبْ بِهِ الصَّدْعَ وَ ارْتُقْ بِهِ الْفَتْقَ وَ أمِتْ بِهِ الْجَوْرَ وَ أظْهِرْ بِهِ الْعَدْلَ، وَ زَیِّنْ بِطُولِ بَقائِهِ الْأرْضَ، وَ أیِّدْهُ بِنَصْرِکَ وَ أنْصُرْهُ بِالرُّعْبِ، وَ قَوِّ ناصِرَهُمْ وَ اخْذُلْ خاذِلَهُمْ، وَ دَمْدِمْ عَلى مَنْ نَصَبَ لَهُمْ وَ دَمِّرْ عَلى مَنْ غَشَّهُمْ. وَ اقْصِمْ بِهُمْ رُؤُسَ الضَّلالَةِ وَ شارِعَةِ الْبِدَعِ وَ مُمیتَهَ السُّنَنِ وَ الْمُتَعَزِّزینَ بِالْباطِلِ، وَ أعِزَّ بِهِمُ الْمُؤْمِنینَ، وَ أذِلَّ بِهِمُ الْکافِرینَ وَ الْمُنافِقینَ وَ جَمیعَ الْمُلْحِدینَ وَ الْمُخالِفینَ فی مَشارِقِ الْأرْضِ وَ مَغارِبِها یا أرْحَمَ الرّاحِمینَ. اَللَّهُمَّ وَ صَلِّ عَلى جَمیعِ الْمُرْسَلینَ وَ النَّبیِّینَ الَّذینَ بَلَّغوا عَنْکَ الْهُدى، وَ اعْتَقَدوا لَکَ الْمَواثیقَ بِالطّاعَةِ، وَ دَعَوُا الْعِبادَ إلَیْکَ بِالنَّصیحَةِ، وَ صَبَرُوا عَلى ما لَقَوْا مِنَ الْأذى فی جَنْبِکَ. اَللَّهُمَّ وَ صَلِّ عَلى مُحَمَّدٍ وَ عَلَیْهِمْ وَ عَلى ذُرِّیَّتِهِمْ وَ أهْلِ مَوَدّاتِهِمْ وَ أزْواجِهِمُ الطّاهِراتِ، وَ جَمیعِ أشْیاعِهِمْ وَ أتْباعِهِمْ مِنَ الْمُؤمِنینَ وَ الْمُؤمناتِ وَ الْمُسْلِمینَ وَ الْمُسْلِماتِ ألْأحْیاءِ مِنْهُمْ وَ الْأمْواتِ، وَ السَّلامُ عَلَیْهِمْ جَمیعاً فی هذِهِ السّاعَةِ وَ فی هذَا الْیَوْمِ وَ رَحْمَةُ اللَّهُ وَ بَرَکاتُهُ. اَللَّهُمَّ اخْصُصْ أهْلَ بَیْتِ نَبِیِّنا مُحَمَّدٍ، الْمُبارَکینَ السّامِعینَ الْمُطیعینَ الَّذینَ أذَهَبْتَ عَنْهُمُ الرِّجْسَ وَ طَهَّرْتَهُمْ تَطهیراً، بِأفْضَلِ صَلَواتِکَ وَ نَوامی بَرَکاتِکَ، وَ السَّلامُ عَلَیْهِم وَ رَحْمَةُ اللَّهِ وَ بَرَکاتُهُ.