İnsan kamillik axtaran bir varlıqdır
Noy 04, 2015 14:47 Asia/Baku
-
İnsan kamillik axtaran bir varlıqdır
təkamülə olan meyl insan ruhunun dərinliklərində olan güclü fitri bir amildir ki, , agahlıq ilə yanaşı diqqət mərkəzində olur,
Hər
kəs özünün ruhi meyllərinə və batini məqsədlərinə diqqət yetirib onlar
barədə bir qədər fikirləşsə, onların çoxunun təkamülə meyilli olduğunu
görəcəkdir. Ümumiyyətlə, heç kəs öz varlığında hər hansı bir
çatışmazlığın olmasını istəməz. O daim çalışar ki, mümkün qədər hər növ
çatışmazlığı, eyb və nöqsanı özündən uzaqlaşdırsın ki, istənilən
təkamülə çata bilsin. Nöqsanlı halları və çatışmazlıqları aradan
qaldırmaqdan qabaq onu başqalarından gizlədir.
Bu
meyl, özünün fitri yolunda cərəyan etdiyi təqdirdə insanın hər növ –
həm maddi, həm də mənəvi təkamül və tərəqqisinin amili olmalıdır. Əgər
insan müəyyən səbəb və şəraitlər nəticəsində düzgün olmayan yola düşsə
riyakarlıq, təkəbbürlük və s. kimi rəzil sifətlərin özünü büruzə
verməsinə səbəb olacaqdır.
Bir
sözlə desək, təkamülə olan meyl insan ruhunun dərinliklərində olan
güclü fitri bir amildir ki, əksər hallarda o, agahlıq ilə yanaşı diqqət
mərkəzində olur, lakin azacıq diqqət yetirməklə onların hamısının
əsasının “kamillik axtarmaq” olduğu məlum olur.
/sizinyol/