Mart 08, 2016 14:24 Asia/Baku
  • Çuğundurun 5 faydası

Çuğundur – qış tərəvəzlərindəndir ki, bədənə fövqəladə təsirləri vardır.

Ən çox da dərinin sağlam olmasına yardım edər.

Bir fıncan xam çuğundurda 58 kilokalori enerji, 13 qr. karbohidrat, 2 qr. protein, A vitamininə gündəlik ehtiyacın 1%-i, kalisiuma olan ehtiyacın 2%-i, dəmirə olan ehtiyacın 6%-i, C vitamininə olan ehtiyacın 11%-i təmin edilər. Çuğundurun tərkibində fol turşusu, manqan, B1, B2, B5, B6 vitaminləri, kalium, maqnezium, fosfat, mis vardır.

Çuğundurun beş faydası ilə tanış olaq:

 

1. Üzdə olan çivzələri aradan aparar. Adətən yağlı üzlərdə həmişə çıvzələr olur. Çuğundur tərkibində iltihab əleyhinə maddələr olduğu üçün onu davamlı yemək bu çıvzələri aradan aparar. Əgər çuğundurun dadını sevmirsinizsə, onu başqa tərəvəzlərlə qarışdırıb yeyə bilərsiniz. Həmçinin çuğundur suyunu şor ilə qarışdırıb, həmin çıvzələrin üzərinə yaxa da bilərsiniz və necə tez sağaldığının şahidi olacaqsınız.

 

2. Dərini şəffaf edər. Çuğundurun tərkibində çoxlu vitaminlər olduğu üçün, onun suyunu içmək bədəndəki toksinləri dəf edər və dərini şəffaflaşdırar. Çuğundur dəridə olan ölü hüceyrələrin aradan getməsinə və yeniləri ilə əvəz olmasına yardım edər.

 

3. Dərini ağardar. Əgər üzünüzün daha ağ olmasını istəyirsinizsə, bu tərkibi hazırlayın: 1 xörək qaşığı çuğundur suyunu 1 xörək qaşığı limon suyu ilə qarışdırın. Yatmazdan 15 dəqiqə əvvəl onu üzünüzə sürtün və sonra yuyub yatmağa gedin. Tərkibində olan dəmir göz ətrafında olan qaralmaları aradan aparar və A vitamini dərinizi daha sağlam edər.

 

4. Qara ləkələri aparar. Üzünüzdə olan qara ləkələrdən xilas olmaq istəyirsinizsə, çuğundur suyunu pomidor suyu ilə qarışdırın. Sonra da ləkələrin üzərinə yaxın. Bununla yanaşı, hər gün çuğundur suyunu içməyə çalışın ki, daxilinizi də təmizləsin.

 

5. Dərinizi rütubətləndirər. Qış fəslində bir çoxlarımız dərimizin qurumasından çox əziyyət çəkirik. Bir qədər çuğundur suyunu bal və südlə qarışdırın. Onu üzünüzə yaxın və necə tez rütubətləndirdiyinin şahidi olacaqsınız.

Çuğundur da başqa tərəvəzlər kimi həddində qəbul edilməlidir. Əgər həddi aşarsınızsa, ziyanlı olar.

Teqlər