Apr 07, 2016 12:58 Asia/Baku
  • “Bilmirəm” sözünü tərk etməyin

İmam Əli (ə) buyurur: “Hər kim “bilmirəm” sözünü tərk edərsə, özünü ölümə vermiş olar.

Hər bir şeydən agah olduğunu bildirmək – yolunu azdırmaq, dünya və axirətdə həlak olmaq mənbəyinə səbəb olar”. (Tebyan)

Əziz İmamımız (ə) bu nurani kəlamı ilə buyurur ki, ancaq xəbərdar olduğunuz mövzulara cavab verin. “Bilmirəm” sözünü unutmayın. Əks halda həlak olarsınız.

İmam Əlinin (ə) zahiri xilafəti zamanı İmamın (ə) etimad etdiyi insanlar içərisində Əbu Bəkrin oğlu Muhəmmədin xüsusi yeri var idi. Misir hakimiyyəti ona tapşırılmışdı. Lakin bir müddətdən sonra bu işin öhdəsindən gələ bilmədi. Baxmayaraq ki, İmam Əlinin (ə) bu insana xüsusi bağlılığı var idi, onun yerinə Malik Əştəri təyin etdi. Muhəmməd də bu xəbəri eşidən zaman narahat oldu. Onun bu narahatlığı vəzifədən atıldığı üçün deyildi, ona görə idi ki, məbada İmamın (ə) etimadını doğrultmamış olsun.

“Nəhcül-Bəlağə”də İmam Əlidən (ə) belə nəql edirlər: “Mənə xəbər çatıb ki, səni hakimiyyətdən götürüb yerinə Malik Əştəri təyin etdiyim üçün narahat olmusan. Bu dəyişdirmə sənin vəzifəndə süstlüyünə və az çalışmağına görə olmamışdır. Bəlkə sən öz səyini etmisən. Lakin Misir kimi bir diyarda hökumət etmək üçün daha güclü insana ehtiyac vardır. Ona görə də Malik seçilmişdir. Əgər Misir hökumətini səndən alıramsa, sənə həm asan və həm də ruhi cəhətdən münasib olan başqa hakimiyyəti tapşıracağam”.

İmam Əli (ə) Malik Əştərə xitab edərək belə buyurur: “İşçilərinin işinə nəzər sal və onları imtahana çəkəndən sonra işə al. Nəinki hədiyyə yolu ilə. Bu cür rəftar həm zülm və həm də xəyanətdir. Onları təcrübə, həya əhlindən, xoş adlı ailələrdən və İslamda qabaqcıl olanlardan təyin et. Çünki onların əxlaqı daha yaxşı, ailələri daha pak, tamahları az, işlərinin aqibətini ölçməkdə daha ayıqdırlar”.

Bəlli olur ki, İmam Əlinin (ə) işçi seçən zaman meyarları bunlardır:

- Təcrübəli və işi bilən olsunlar. Məsələlərlə üzləşən zaman təcrübə ilə həll etsinlər.

- Nəcib və pak ətəkli olsunlar. Həya əhli olsunlar. Rəzillikləri özlərinə buraxmasınlar.

- Əsl və təqvalı ailələrdən olsunlar. Zülm, xəyanət və fəsad olan mühitdə böyüməsinlər.

- Keçmişləri gözəl olsun və İslam dininə gəlişləri başqalarından qabaq olsun. Yəni, o kəslərdən olsunlar ki, İslam dini geniş yayılmazdan əvvəl onu qəbul etsinlər. Qüdrətə çata bilməmək qorxusundan deyil, ya da sərvətə çatmaq istəyilə deyil.

- Şəxsiyyətli insanlar olsunlar. Hər cür büdrəmələrdən uzaq olsunlar.

- Rəhbərlik etmək qabiliyyətinə malik olsunlar.

- Dünyanın maddi tərəflərinə nəzər salmasınlar, heysiyyətli olsunlar.

İmam Əli (ə) buyurur ki, sən gərək hər bir işçini imtahana çəkib sonra işə alasan.

/Deyerler.org/

Teqlər