Dek 27, 2015 19:20 Asia/Baku
  • sileyi-rəhmin əhəmiyyəti barədə
    sileyi-rəhmin əhəmiyyəti barədə

Bir şəxs öz qohumu ilə sileyi-rəhm edər və ömründən 3 ildən çox qalmazsa, Allah onu 30 il uzadar.

Şeyx Tusi nəql edir: “Bir gün Mənsur Abbasi İmam Sadiqi (ə) öz sarayına dəvət edir. İmam (ə) saraya daxil olur və Mənsurun yanında nəzərdə tutulan yerdə əyləşir.

Mənsur əmr edir ki, oğlu Məhdini çağırsınlar. Məhdini gəlməyi bir qədər zaman aldığından, Mənsur əsəbləşir və deyir: “Məhdi niyə gəlmədi?”.


Ətrafında olanlar deyir: “İndi gələr”.


Məhdi nəhayət özünü bəzədikdən sonra salona daxil olur. Mənsur İmama (ə) xitab edərək deyir: “Ya ibni Rəsulallah! Qohumlarla görüşmək barəsində mənə hədis demişdin, istəyirəm ki, həmin hədisi oğlum da eşitsin”.


İmam (ə) buyurur: “Əmirəl-möminin (ə) Peyğəmbərdən (s) nəql edib ki, buyurur: “Elə ki, bir şəxs öz qohumu ilə sileyi-rəhm edər və ömründən 3 ildən çox qalmaz – Allah onu 30 il uzadar. Əgər qohumluq əlaqəsini kəsərsə və ömründən 30 il qalıbdırsa, Allah onu üç il edər””.


Mənsur deyir: “Bu hədis yaxşıdır, ancaq məqsədim o, deyildir”.


İmam (ə) buyurur: Atam Əmirəl-möminindən (ə) və o, da Peyğəmbərdən (s) nəql edir ki, buyurur: “Sileyi-rəhm evlərin və yaşayışın abad olmasına səbəb olar, həmçinin ömrün uzanmasına da səbəb olar, baxmayaraq ki, yaxşı insanlardan olmasa belə””.


Mənsur deyir: “Bu hədis yaxşıdır, ancaq məqsədim o deyildir”.


İmam (ə) buyurur: “Peyğəmbər (s) buyurur: “Sileyi-rəhm qəbrin ilk gecəsinin və Qiyamət gününün mühasibəsini asan edər və kini, həsədi, narahatlığı aradan apararaq, ölmüş qəlbi dirçəldər və şad edər””.


Mənsur deyir: “Bəli, məqsədim bu hədis idi”. (Avini saytı)


 


/Deyerler.org/


Teqlər