Dek 27, 2015 19:30 Asia/Baku
  • Dinamik kamilliyə doğru irəliləmək üçün əsas meyar
    Dinamik kamilliyə doğru irəliləmək üçün əsas meyar

İmam Sadiq (ə) çatdırır ki, Əhli-beytə (ə) yalnızca iman gətirməklə məsələ bitmir.

Həzrət Peyğəmbər (s) və Əhli-beytin (ə) hədislərini təsdiq etmək onlara sözsüz əməl etmək – Həzrət Peyğəmbər (s) və Əhli-beytə (ə) iman gətirmək qədər önəmli məsələdir. Çünki, iman yalnız əməllə kamil olur.
Üçüncü xüsusi məqam kimi İmam Sadiq (ə) Əhli-beytin əmrlərinin intizarında olmağı vurğulayır. Burada söhbət əlbəttə ki, birinci növbədə sonuncu İmamın (ə.f) intizarında olmaqdan gedir. Hər bir müsəlman gərək hər an intizarda olsun, hazırlıqlı olsun. O anı gözləsin ki, İmam (ə.f) zühür edəcək. Bu, isə elə bir məsələdir ki, onun nə zaman baş verəcəyini heç bir kəs bilmir. Bu, insanın daimi, dinamik olaraq kamilliyə doğru irəliləməsini təmin edən ən gözəl vasitədir. Bir var ki, insan imtahanın iki aydan, beş aydan, beş ildən sonra olacağını bilir. Bir də var ki, imtahan hər an ola bilər. Birinci halda insan müəyyən müddətə qədər hazırlığını görür, sonra isə müəyyən rahatlaşma baş verir. İkinci halda isə insan özünü daimi hazırlıqda saxlayır, imtahanın hər an olacağını bilərək, bir an belə rahatlaşmır. İslam hər an insan şəklində olanları sevir. Allah insanlardan hər an İmamın (ə.f) zühuruna hazır olub və onun intizarında olanları yetişdirmək istəyir.

/zehra-yolu/

Teqlər