Yan 06, 2024 15:09 Asia/Baku
  • Cinayətkar sionist rejim əl-ayağa düşüb

Terrorçu rasist İsrail rejiminin Xarici İşlər Nazirliyi Cənubi Afrika Respublikasının (CAR) Qəzza zolağında soyqırım ittihamı ilə Beynəlxalq Ədalət Məhkəməsində başlatdığı prosesə qarşı çıxmaq üçün digər ölkələrə müraciət edib.

ABŞ-ın “Axios” nəşrinin yazdığına görə, qəsbkar rejimin Xarici İşlər Nazirliyi səfirlərdən ev sahibi ölkələrdəki diplomatlara və siyasətçilərə təzyiq göstərmələrini istəyib.

Qeyd edək ki, Cənubi Afrika Respublikası sionist İsrailin 7 oktyabrdan bəri Qəzzada törətdiyi hərəkətlərlə BMT-nin 1948-ci il Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasını pozduğunu əsas gətirərək Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırıb və müvəqqəti qərar verilməsini istəyib.

Beynəlxalq Ədalət Məhkəməsi yanvarın 11-12-də CAR-ın İsrailə qarşı müraciəti ilə bağlı dinləmələr keçirəcək.

Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) etdiyi yazılı açıqlamada, bu məlumatı təsdiqləyib. 

Cənubi Afrika ölkəsinin Beynəlxalq Ədalət Məhkəmsinə müraciətində deyilir:

 “İsrailin hərəkətləri və etdikləri soyqırımdır, çünki onlar konkret soyqırım niyyəti ilə törədilmişdir”. Bildirilib ki, həyata keçirilən aksiyalar “Qəzzada fələstinliləri məhv etmək” məqsədi daşıyır.

 “İsrail hökumətinin, dövlət rəsmilərinin və digər nümayəndələrin göstərişlərinə uyğun olaraq, onların nəzarəti və ya təsiri altında fəaliyyət göstərən digər şəxslər və təşkilatlar vasitəsilə Qəzzada fələstinlilərə qarşı hərəkətləri ilə Soyqırım Konvensiyasından irəli gələn öhdəliklərini pozduğu göz qabağındadır",- Cənubi Afrikanın müraciətində deyilir.

Rasist İsrail rejiminin ötən il 7 oktyabrda Qəzə əhalisinə qarşı başladığı hücumlarda indiyədək qadın və uşaqlar da daxil 22 mindən çox mülki fələstinli qırğın edilib, 58 min insan yaralanıb