Səudiyyə hüquqi və strateji kimliyini ortaya qoymuş oldu
May 31, 2015 17:48 Asia/Baku
Əgər Səudiyyə Yəmənin qanuni prezidentini yenidən vəzifəyə qaytarmaq üçün koalisiya qurubsa, niyə bunu Tunisdə və Misirdə hökumət çevrilişi olanda etmirdi?
"Səudiyyə Ərəbistanının Yəmənə müdaxiləsini iki səbəblə izah etmək olar. Hücum edənlər bu iki səbəbi gətirirlər. Biri hüquqi, digəri isə strateji səbəbdir. Hüquqi müdaxiləni belə izah edirlər: Mənsur hadi ölkənin qanuni prezidentidir. Bu prezident istefa etsə də, o, hələ də Yəmənin prezidenti sayılır. Çünki, "Husi"lər çevriliş edərək Səna şəhərini ələ keçiriblər. Sözümün qısası, biz Yəməndə çevriliş ilə hakimiyyətə gəlməyə icazə verməyəcik. Lakin ərəblər bunu unudub ki, Mənsur Hadi 2011 -ci ilin fevralında iki illiyə hökumət başçısı seçilmişdi. İki il tamam olduqda 2013-cü ilin martında vəzifəsinin müddəti bitdi, bununla da prezidentlik vaxtı tamam oldu. Mart ayında Beynəlxalq Dialoq Konfransı heyəti bir araya gəlib, Mənsur Hadinin vəzifəsini 1 il daha uzatdılar. Yəni Mənsur Hadinin vəzifəsi 2014-cü ilin martına qədər davam etdi. Qısacası Əli Abdullah Salehin getməsindən sonra Mənsur Hadi 2011-ci ildə iki illiyinə vəkalət üzərində prezidentlik vəzifəsində oldu. 2013-cü ildə vaxtı tamamlandı və həmin il Beynəlxalq Dilaoq Təşkilatı prezidentlik müddətini 1 il də artırdı. 2014-cü ilin mart ayında isə bu müddət də tamamlandı. Bununla da, Mənsur Hadinin qanuni prezidentliyindən əsər-əlamət qalmadı. Vəzifəsindən istefa verib gedəndən bir müddət sonra koalisiya qüvvələri qulağına pıçıldadı və Mənsur Hadi yenidən geri döndü. Əgər hadisələr bu qanunilik çərçivəsində olursa, niyə Səudiyyə Ərəbistanı 2011-də Tunisdə, Misirdə olan çevrilişlərə bu cür reaksiya vermədi? Niyə o zaman belə bir koalisiya qurub, Zeynəlabidin bin Əlini Tunisə, Hüsnü Mübarəki Misirin prezidentlik postuna qaytarmaq üçün cəhd etmədi. Nəticədə onlar da keçmiş qanuni prezident idilər. İkinci strateji səbəbdir. "Husi"lərin güclənməsi İranın Yəməni işğal etməsi ilə nəticələndi. İranın Yəməni işğal etməsi qəbul olunmaz. Çünki, Yəmən bir ərəb dövlətidir. Ərəb dövlətinin farslar tərəfindən "işğal"ı qəbul olunmazdır və s. Əvvəla bu "işğal" ifadəsi çox qabardılmış və yersiz ifadədir. Bu günə kimi, hətta müxalif media belə Yəməndən xəbər verəndə "Husi"lərin etdiyini deyir. Bundan əlavə, əsas güc sayılan ordu da "Husi"lərin tərəfindədir və onları dəstəkləyir. Hazırda ölkənin ən önəmli strateji mərkəzləri "Husi"lərin nəzarətindədir. Onlara kənardan yardım ehtiyac yoxdur. Silah deyirlərsə, Yəmənin kifayət qədər silahı var. 2000-ci illərin əvvəllərindən bəri "Husi"lər döyüş, müharibə şəraitindədirlər. Əllərində daima silah olub. Bu sözü ortaya atan qorxunun mənbəyi İsrailin körfəz qorxusudur. Adını gah "Körfəz ölkələrinin təhlükəsi", gah da məzhəb davası qoyub koalisiya yaratmağa nail oldu"./ İslamazeri/