Okt 10, 2015 12:50 Asia/Baku

E. Quliyev: Hər il həcc mərasimində belə bir faciələrin baş verməsi Səudiyyə Ərəbistanının laqeydsizliyi üzündən baş verir.

Az. R. Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev Beynəlxalq Səhər Telekanalının azəri radiosu ilə müsahibədə Məkkədə  Rəmi Cəməratda Şeytanı daşlama mərasimində baş verən hadisə ilə bağlı qeyd edib: Mina hadisəsi müsəlman olmayan insanların da qəlbini ağrıtdı. Həcc ziyarəti müqəddəs ziyarətdir və arzuların reallaşmasıdır. Hər bir müsəlman üçün onun boynuna yazılmış vacib bir əməl və müqəddəs bir əməldir amma təəssüflər olsun ki həcc mərasimi ilə bağlı əlaqədar təşkilatlar və dövlət bu ziyart məsələsi ilə müqəddəs yanaşmırlar. Artıq neçə ildir ki, həcc mərasimindən faciələr xəbərini alırıq ki bu da Səudiyyə Ərəbistanı hakimiyyətinin laqeydsizliyi və məsuliyyətsizliyi üzündən baş verir.  Vəfat etmiş zəvvarların cəsədləri ilə də belə bir hörmətsizlik utanc vermiş bir məsələdir.

Teqlər