Mart 19, 2016 03:18 Asia/Baku
  • Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyanın diqqətini daha da cəlb edir”

Fikrət Sadıqov: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyanın diqqətini daha da cəlb edir”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya XİN rəhbəri Serqey Lavrovla görüşü barədə detallar məlum olub. Görüş Bakıda keçiriləcək. Belə ki, Rusiya XİN rəhbəri S.Lavrov cari ildә, aprelin əvvəlində Bakıya səfər edəcək. Görüşdə E.Məmmədyarov rusiyalı həmkarı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək. Gündəlikdə həmçinin Şimal-Cənub layihəsinin realizəsi məsələsi də var.

 

Politoloq Fikrət Sadıqov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, Azərbaycanla da münasibətləri yüksək səviyyədə saxlamaq Rusiyanın marağındadır: “Azərbaycan Qərb ölkələri ilə birgə bir sıra layihələrin icrası istiqamətində addımlar atır. Burada xüsusi ilə bir müddət öncə “Cənub Qaz” dəhlizini qeyd etməliyik. Avropa Birliyi ilə birgə iqtisadi enerji layihələri və s. kimi işlər nəzərədə tutulub. Bütün bunlar isə Azərbaycanın regionda artan əhəmiyyətindən xəbər verir.

 

Azərbaycanın geosiyası əhəmiyyəti Rusiyanın diqqətini daha da artırır. Artıq Rusiya yaxşı anlayır ki, Azərbaycan çox cəlbedici bir oyunçuya çevrilir. Təbii ki, Rusiya Ermənistanla müttəfiqlik münasibətlərindən əl çəkən deyil. Eyni zamanda Azərbaycanla da münasibətləri yüksək səviyyədə saxlamaq Rusiyanın marağındadır. Bütün səfərlər bu məsələ ilə bağlıdır. Serqey Lavrovun aprel ayına təsadüf edəcək səfəri əsasən Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı nəzərdə tutulan layihədir.

 

Əlbəttəki, bu görüş çərçivəsində Dağlıq Qarabağ mövzusu da müzakirə ediləcək. Buna heç bir şübhə yoxdur. Düşünürəm ki, Azərbaycan nə qədər aparıcı dövlətlərlə sıx münasibətlər quracaqsa, bir o qədər Dağlıq Qarabağ mövzusu ilə bağlı müzakirələrdə müəyyən şanslar qazana bilər”.

Teqlər