Mart 26, 2016 23:09 Asia/Baku

Fikrət Sadıqov: "Mən indiki vaxtda Rusiya və Türkiyə arasında münasibətlərin tam olaraq bərpasına inanmıram"

Rusiya ilə Türkiyə arasında olan münasibətlər gərgin olaraq qalmaqdadır. Amma bu dövlətlərin münasibətləri bərpa etmək üçün müəyyən təşəbbüslərlə çıxış etməsi müşahidə olunur. Belə ki, bu mövzu ilə bağlı Federasiya Şurasının spikeri Valentina Matviyenko çıxış edib. O qeyd edib ki, Rusiya Türkiyə ilə münasibətlərin “donunu açmağa” hazırdır, bir şərtlə ki, vurulan “Su 24” təyyarəsinə “Rusiya-Türkiyə münasibətləri, yumşaq desək, yaxşı deyil. Bildiyiniz kimi, soyuqluq bizim günahımız ucbatından baş verməyib” – deyib spiker. Matviyenko təəssüflə onu da qeyd edib ki, “hələlik Türkiyə tərəfdən məsuliyyəti etiraf eləməklə bağlı heç bir işarə də yoxdur”.

Politoloq Fikrət Sadıqov bu haqda deyib ki, Türkiyə-Rusiya arasında müəyyən qədər buzların əriməsi gözlənilə bilər: “Mən indiki vaxtda Rusiya və Türkiyə arasında münasibətlərin tam olaraq bərpasına inanmıram. Amma müəyyən qədər buzların əriməsi gözlənilə bilər. Bir neçə amil bunları deməyə əsas verir. İlk olaraq Suriyadan artıq Rusiya qoşunları çıxıb. Artıq Suriyaya aviazərbələr endirilmir. Digər tərəfdən ABŞ-Rusiya arasında müəyyən danışıqlar gedir. Hətta hansısa razılşamanın da əldə olunacağı istisna olunmur. Təbii ki, digər bir mühüm amil ümumi terrora qarşı mübarizədir. Hər iki tərəf anlayır ki, yaranmış vəziyyətdə terrorizmin dünyaya yayılması təhlükəsi hər iki ölkə üçün çox ciddi zərbədir. Bu təhlükə fonunda, baş verən olaylar fonunda hər iki tərəfi bir-birinə qarşı addımlar atmağa vadar edir. Düşünürəm ki, hansısa yaxın gələcəkdə bunların münasibətləri bərpa oluna bilər. Düzdür bunu yaxın günlərdə gözləmәyә əsas yoxdur. Amma bu münasibətlərin düzəlməsini o qədər də uzun zaman çәkmәsini ehtimal etmək olmaz.

Eyni zamanda bu münasibətlərin mülayimləşməsi üçün bir tərəfin belə təşəbbüs göstərməsi digər tərəfin müsbət cavabı ilə qarşılanacaq. İndiki durumda bu addım Rusiya tərəfindən atılmalıdır. Çünki, vurulan təyyarəyə Rusiyanın reaksiyasi çox sərt oldu. Bu baxımdan Rusiya müəyyən addım atmalıdır. Eyni zamanda Türkiyə də bu təşəbbüsə müsbət reaksiya verəcək”.

 

/Deyerler.org/

Teqlər