Trendin rəhbəri İranın Bakıdakı səfiri ilə görüşüb
https://azeri.sahartv.ir/radio/radio_siyasət-i220669-trendin_rəhbəri_İranın_bakıdakı_səfiri_ilə_görüşüb
Trendin rəhbəri İranın Bakıdakı səfiri ilə görüşüb
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2016 12:31 Asia/Baku
  •  Trendin rəhbəri İranın Bakıdakı səfiri ilə görüşüb

Trendin rəhbəri İranın Bakıdakı səfiri ilə görüşüb

Azərbaycan Respublikası Trend İnformasiya Agentliyinin rəhbəri İlqar Hüseynov Bakıda İranın Azərbaycandakı səfiri Möhsün Pakain ilə görüşüb.

Bu görüşdə İİR-nın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakain mübarək Ramazan ayının gəlib çatması münasibəti ilə Azərbaycan xalqı və dövlətini təbrik edib, iki ölkə rəhbərlərinin siyasi və mədəni sahələrdə münasibətlərin genişləndirilməsinə səy göstərdiklərini vurğulayıb.

Möhsün Pakain İran ilə Azərbaycan respublikası arasında əməkdaşlıqların yüksələn xətt üzrə davam etdiyini vurğulayıb və deyib: Kütləvi İnformasiya Vasitələri iki ölkə münasibətlərinin daha da genişlənməsi və möhkəmlənməsində son dərəcə əhəmiyyətli rola malikdirlər.

Görüşdə Trend-in rəhbəri İlqar Hüseynov da rəhbərlik etdiyi agentliyin son illərdə regionda öz fəaliyyətini genişləndirdiyini, beynəlxalq xəbər agentlikləri ilə əməkdaşlıqları gecləndirdiyini xatırladıb və İran İslam Respublikası ilə media əməkdaşlıqlarının genişləndirilməsini istəyib.