Dezinformasiyalara cavab-1 + (Audio)
Az. R. mətubatında İranla bağlı təxribat xarakterli mövzular haqda.
Olaylar Qəzeti : Bu qəzet həmişəki kimi İİR-nı Ermənistanı dəstəkləməkdə ittiham edib. Politoloq Mübariz Əhmədoğlunun qəzet üçün yazdığı məqalədə deyilir: İran geosiyasi maraqları üstün tutur. Bu ölkənin Xristian Ermənistana sevgisi açıq-aydın sezilir. Ona görə də Azərbaycan ərazisində bir milyondan çox müsəlman şiəni doğma yurd-yuvasından didərgin salmış, müsəlman şiə topraqlarını işğal etmiş Ermənistanın xarici işlər nazirinin Tehranda xüsusi isti qəbula layiq bilinməsini , Həsən Ruhaninin erməni həmkarına İrəvana səfər edəcəyi barədə vəd verməsini təsadüfi saymırıq. Axı İran özünü həmişə müsəlman həmrəyliyinin tərəfdarı, sevimli terminlər ilə desək "Müstəzəfin müdafiəçisi" olaraq təqdim edir...
Mözvu ilə bağlı iranlı ekspert Rəhmətullah Şərifinin sözlərini auido materialda dinləyə bilərsiniz.
Bakı Xəbər Qəzeti : Bu qəzet də də həmin mövzu şərh edilib. " İranın Azərbaycana və Ermənistana ayrı seçkili yanaşmalarına etiraz və iradlar böyüyür" başlıqlı məqalədə deyilir: Ermənistanla İran arasında viza rejiminin aradan qaldırılması o cümlədən İran prezidenti Həsən Ruhaninin müsəlmanlara divan tutan müsəlman abidələrini yerlə yeksan edən , müsəlman torpaqlarını 20 ildən artıqdır işğal altında saxlayan bir ölkəyə səfər etməyə hazırlaşması yol verilməzdir...
Bu mövzu ilə də bağlı azərbaycanlı ekspert Mir Mehdi Darafərinin sözlərinin audio materialın davamında dinləyə bilərsiniz.