Ukraynada girov götürülən 2 azərbaycanlı iş adamı azad olundu
https://azeri.sahartv.ir/radio/radio_siyasət-i237575-ukraynada_girov_götürülən_2_azərbaycanlı_iş_adamı_azad_olundu
Ukraynada girov götürülən 2 azərbaycanlı iş adamı azad olundu
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 01, 2016 12:03 Asia/Baku
  • Ukraynada girov götürülən 2 azərbaycanlı iş adamı azad olundu
    Ukraynada girov götürülən 2 azərbaycanlı iş adamı azad olundu

Ukraynada girov götürülən 2 azərbaycanlı iş adamı azad olundu

Ukraynada Kiyev şəhəri ətrafında iki həftə əvvəl oğurlanan azərbaycanlı iş adamı evinin qarşısında sərbəst buraxılıb.

 

“Report”un məlumatına görə, Ukrayna vətəndaşı olan 39 yaşlı iş adamı Elvar İskəndərovu oğurlayan şəxslər əvvəlcə külli miqdarda pul istəsələr də sonradan qarşılıqsız şəkildə sərbəst buraxıblar.

 

Həmçinin, bir müddət əvvəl oğurlanan digər əslən azərbaycanlı iş adamı, 46 yaşlı Sakit Hacıyev də girovluqdan azad olunub. Onu da qanunsuz girov götürənlər sərbəst buraxıblar.

 

Qeyd edək ki, E. İskəndərov və S.Hacıyev hər ikisi AzTV-nin Ukrayna və Şərqi Avropa üzrə müxbiri Mövsüm Aslanovun yaxın qohumlarıdır.