Okt 04, 2016 16:14 Asia/Baku
  • Çovdarovun məhkəməsinə jurnalistlər buraxılmadı

Çovdarovun məhkəməsinə jurnalistlər buraxılmadı

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan rəisi, general-mayor Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hazırlıq iclası Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub.

 

Bu dəfə də jurnalistlər prosesə buraxılmayıb. Buna hər hansı bir səbəb göstərilməyib.

Teqlər