Tehranda 8 noyabr-Zəfər günü qeyd olunub
https://azeri.sahartv.ir/radio/İran-i382985-tehranda_8_noyabr_zəfər_günü_qeyd_olunub
Tehranda 8 noyabr - Zəfər Günü ilə bağlı Azərbaycanın İran İslam Respublikasındakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Noy 09, 2021 12:20 Asia/Baku
  • Tehranda 8 noyabr-Zəfər günü qeyd olunub

Tehranda 8 noyabr - Zəfər Günü ilə bağlı Azərbaycanın İran İslam Respublikasındakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub.

SəhərAzəri-nin məlumatına əsasən,Tehranın Espinas hotelində keçirilən tədbirdə İran Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəsmi şəxsləri, xarici ölkələrin İrandakı səfirləri, hərbi attaşeləri və diplomatları, ziyalılar, sənət adamları, Tehranda yaşayan azərbaycanlılar, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Tehrandakı səfiri Əli Əlizadə

Zəfər Gününün Azərbaycan milləti üçün əlamətdar və tarixi gün olduğunu bildirib və bu günün İranda qeyd olunmasının da xüsusi əhəmiyyət kəsb etdiyini və İranın yaxın qonşu ölkə olaraq Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini qeyd edib, Zəfər Günü münasibətilə təbriklərə görə İran Xarici İşlər Nazirliyi və hökumətinə təşəkkürlərini çatdırıb.