Qədr gecələri
İyul 06, 2015 15:31 Asia/Baku
Mübarək ramazan ayının qədr gecələrində ibadət və dualar zamanı Quranı başa tutmaq ənənə halını alıb.
Mübarək ramazan ayının qədr gecələrində ibadət və dualar zamanı Quranı başa tutmaq ənənə halını alıb. Bu əməlin tarixçəsi, dini mətnlərdə yeri ilə tanış olaq. Rəvayətlərə əsasən, qədr gecələrində ilk dəfə Quranın başa tutulması ilə bağlı göstəriş imam Baqirə (ə) məxsusdur. (عَنْ أَبِی جَعْفَرٍ علیه السلام قَالَ تَأْخُذُ الْمُصْحَفَ فِی ثَلَاثِ لَیالٍ مِنْ شَهْرِ رَمَضَانَ فَتَنْشُرُهُ وَ تَضَعُهُ بَینَ یدَیک وَ تَقُولُ اللَّهُمَّ إِنِّی أَسْأَلُک بِکتَابِک الْمُنْزَلِ وَ مَا فِیهِ وَ فِیهِ اسْمُک الْأَکبَرُ... / ، ج 95، baharulənvar -146) İmam Baqirin (ə) göstərişi ilə “əllahummə inni əsəlukə bi kitabikəl-munzər” duası oxunan zaman məclisdəkilər Quranı başına qaldırıb. Təbii ki, məsum imamlar Peyğəmbərin yolunu davam etdirib. Qətiyyətlə deyə bilərik ki, qədr gecələrinin proqramı haqqında göstərişlər həzrət Peyğəmbər (s) tərəfindən verilib. Amma Quranla bağlı hər hansı göstəriş Peyğəmbərdən nəql olunmuş rəvayətlərdə yer almayıb. Bu gün qədr gecələrində icra olunan proqramın banisi və tarixçəsi dəqiq məlum deyil. Quranı başa qaldırmaqla bağlı göstəriş cəmiyyət namazı qılmaqla bağlı göstəriş kimi deiyil. Bu işi görüb-görməmək insanların öz ixtiyarındadır. İmam Hüseynə (ə) əzadarlıq da bu qəbildəndir. Hər xalq, hər məntəqənin öz əzadarlıq adətləri var. Əslində Quranı başa tutub, Allahı məsumlara and verməklə dua etmək təkcə qədr gecələrinə aid deyil. Rəvayətlərə görə çətinliklə qarşılaşan şəxs Quranı başına tutub dua oxuya bilər. (عَنْ مَوْلَانَا الصَّادِقِ صَلَوَاتُ اللَّهِ عَلَیهِ قَالَ خُذِ الْمُصْحَفَ فَدَعْهُ عَلَی رَأْسِک وَ قُلِ اللَّهُمَّ بِحَقِّ هَذَا الْقُرْآن .../ )(baharulənvar - S-146,C95) Həzrət Əli (ə) çətinliklə üzləşən zaman qılınan namaz barədə buyurur: “İki rəkət namaz qıl, Quranı yuxarıya qaldırıb de ki, pərvərdigara Quranda olanlara, sənin böyük və gözəl adlarına, qorxu və ümid səbəblərinə diqqətlə istəyirəm ki, Məhəmməd və ali-Məhəmmədə salavat göndərəsən, duamı qəbul edəsən.” (صَلَاةُ الْمَکرُوبِ تُصَلِّی رَکعَتَینِ وَ تَأْخُذُ الْمُصْحَفَ فَتَرْفَعُهُ إِلَی اللَّهِ تَعَالَی وَ تَقُولُ اللَّهُمَّ إِنِّی أَتَوَجَّهُ إِلَیک بِمَا فِیهِ وَ فِیهِ اسْمُک الْأَکبَرُ وَ أَسْمَاؤُک الْحُسْنَی وَ مَا بِهِ تُخَافُ وَ تُرْجَی ... Baharulənvar s356-c88 Bu rəvayət formaca Quranın duada başa tutulması ilə bağlı rəvayətə bənzəyir./Haq Yolu/