Rəcəti isbat edən Quran ayəsi
Allah insanlara qarşı lütf və bəxşiş sahibidir. Lakin insanların çoxu şükr etmirlər”. (“Bəqərə” 243).
“Sayları minlərlə olduğu halda ölümün qorxusundan (və cihaddan qaçmaq üçün) öz evlərindən çıxan kəslərə (ibrət gözü ilə)baxmadınmı? Onda Allah onlara dedi: «Ölün! (Allah onların ölümünü istədi, onlar da dərhal öldülər)». Sonra onları diriltdi (ki, ölümdən qaçmağın mümkün olmamasını başa düşsünlər). Doğrudan da Allah insanlara qarşı lütf və bəxşiş sahibidir. Lakin insanların çoxu şükr etmirlər”. (“Bəqərə” 243).
İmam Baqir (ə) bu ayənin şərhində buyurur: “Şamda bir şəhər var idi ki, 70 min ailədən təşkil olunurdu. Həmin şəhərdə həmişə taun xəstəliyi büruzə olunardı. Zənginlər xəstəliyin gəlməyini hiss edən kimi şəhərdən xaric olardılar. Ancaq yoxsullar kasıb olduqları üçün orada qalır və əksər hissəsi də bu xəstəliyə tutulub ölürdülər. Onlar deyərdilər ki, əgər bizim də zənginlər kimi ehtiyatımız olsaydı, şəhərdən çıxardıq ki, ölüm bizə çatmasın. Zənginlər də deyərdilər ki, əgər biz yoxsullar kimi şəhərdə qalsaydıq, taun xəsətliyi bizə də düşərdi.
İllərin birində belə qərara alırlar ki, yoxsullar ilə zənginlər hamısı bir yerdə şəhərdən xaric olsunlar və səhraya tərəf getsinlər. Hər kəs öz əşyasını və lazımlı vəsaitlərini götürür və təzə bir yerdə məskunlaşmağı qərara alırlar. Bu yerdə artıq taun xəstəliyi olmayacaqdı. Belə olan halda Allah mələklərinə əmr edir ki, onların hamısının ruhunu qəbz etsin. Uzun zaman onların cəsədi səhrada tökülmüş halda qalır və sümükləri çürüyür. Oradan keçənlər ayaqları ilə onların cəsədini parçalayırdılar.
Bəni-İsrayil peyğəmbərlərindən olan Xərqil ki, Musanın (ə) vəsisi idi, həmin yerdən keçirmiş. Həmin sümükləri görüb onların halına ağlayır və deyir: “Pərvərdigara! Nə olardı əgər onları diriltsəydin və bu şəhəri abad edərdilər. İbadət edənlərlə bir yerdə Sənin müqəddəs Zatına pərətişlə məşğul olardılar. Övladları olardı”.
Allah həmin peyğəmbərə vəhy edir ki, istəyirsənmi ki, onları dirildim? Deyir: “Bəli”. Dua etməyini istəyir (İmam Baqirin (ə) buyurduğu kimi, dua edir). O kəlmələr Allahın böyük adı olur ki, onları oxuyur və Allah onun duasını qəbul edir. Onların sümükləri cəm olur və təşkil olur. Ruh bədənlərinə üfürülür və onların hamısı dirilir. Səhraya daxil olduqları gün kimi olurlar”.
Bəli, bu ayə rəcəti sübut edən ayələrdəndir. Məlumdur ki, İmam Zaman ağa (ə.f) zühur edən zaman bəzi insanlar da bu cür diriləcək və İmamın (ə.f) bayrağı altında vuruşacaqlar.
/Dəyərlər/