...Barmaqlarının ucunu da əvvəldə olduğu kimi, sirli xətlərlə düzəltməyə qadirik”
Qurani-Kərimdə əl-barmaq izi barədə
“Yoxsa insan belə güman edir ki, Biz əsla onun sümüklərini (öldükdən sonra torpaqların arasından) bir yerə yığa bilməyəcəyik? Bəli (bir yerə yığacağıq), hələ bir (üstəlik) onun barmaqlarının ucunu da əvvəldə olduğu kimi, sirli xətlərlə düzəltməyə qadirik”. (“Qiyamət” 3-4).
Hədislərdə oxuyuruq ki, müşriklərdən olan Ədi ibni Əbi Rəbiyə çox tərs və təəssübkeş insan idi. Bir gün o, Həzrət Peyğəmbərin (s) yanına gəlir və Qiyamət barəsində suallar verir. Deyir ki, əgər o günü gözlərimlə görsəm belə, sənə iman gətirməyəcəyəm. Necə inanmaq olar ki, Allah bu sümükləri bir yerə toplasın, bu, inandırıcı deyildir. Bu hadisədən sonra da yuxarıdakı ayələr nazil olur. (Tebyan)
İnsanın barmaqları – həyatın mühüm rola malik olan bir üzvdür. Xilqət baxımından çox möcüzəvidir. Baxmayaraq ki, daima bizim ixtiyarımızdadır, onun sirlərindən qafilik. Əgər kiminsə barmağı zədələnərsə, heç bir zərif işi görə bilməz. Yazmaq, kitabı vərəqləmək, rahat şəkildə yemək yemək, telefon etmək, açarla qapını açmaq, müxtəlif zərif sənaye işləri kimi.
Bir barmağın qət olması belə, insanın həyatına böyük ziyanlar vurur və onu gündəlik işlərini görməkdən məhrum edir. Amma maraqlıdır lo, dördayaqlılar barmaqları olmadıqlarına görə bir çox işləri ağızları və ya başları ilə yerinə yetirirlər.
Biz sözlə, deyə bilərik ki, barmağın insanın həyatında mühüm rolu vardır və insanın inkişaf etməsinə yardım edər.
Bu gün müasir elm sübut etmişdir ki, hər bir insanın barmağının izi müxtəlifdir və heç kəsdə eyni deyildir. Bu, elə bir imzadır ki, heç kəs onu dəyişdirə bilməz. Ona görə də bu sahə kriminalistikada geniş istifadə olunan bir sahədir. Bu yolla çox sayda cinayətkarı tanımaq olur. Kifayətdir ki, bir oğru otağa daxil olsun və əlini qapının dəstəyinə toxundursun və ya qıfıla qoysun – orada qalan barmaq izi onun kim olduğunu aşkar edər.
O Qadir Allah ki, bir barmaqdan bu qədər möcüzə yaradır, Qiyamət günü sümükləri birləşdirmək onun üçün çox asan bir mövzudur. Təəssüf ki, bunu hələ də dərk edə bilməyənlər vardır...
/Deyerler.org/