Həzrət Adəmdən (ə) əvvəl yaşamış insanlar
İnsanşünaslıq elmi iddia edir ki, Həzrət Adəmdən (ə) əvvəl yer üzündə müxtəlif insanlar yaşamışdılar.
Bu iddialarını Yer kürəsinin müxtəlif yerlərindən tapdıqları insan
skeletinin hissələrinə əsasən söyləmişdilər. Onların bəzisinin ömrü bir
milyon və bəzisininki isə 750 min ildir.
Qazıntılardan əldə edilmiş sümüklər ilk olaraq İndoneziyada, sonra Çində tapılmışdır. Bu insanların ən çox yaşlı olanını neandertallar adlandırmışdılar ki, o, başqa qədim insanların əcdadı olmuşdur. Bu insanlar miladdan əvvəl 70000 ilə 130000 arasında yaşamışdılar. Dünyanın çox yerinə dağılışmışdılar.
Müqəddəs səma kitabı olan Qurani-Kərim hər bir hadisədən xəbər verən bir kitab olduğu üçün, Həzrət Adəmdən (ə) əvvəl yaşamış insanlar haqqında da xəbər verməlidir.
Bəli, Qurani-Kərimdə bəzi ayələr vardır ki, Həzrət Adəmdən (ə) əvvəl insanların yaşamasına işarə edir. “Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam». Dedilər: «Orada fəsad törədəcək və qanlar tökəcək bir kəsi (canişin) qoyursan?! Halbuki biz Səni kamilliklərlə vəsf edərək zikr oxuyur və (bütün eyb və nöqsanlardan) pak bilirik»”. (“Bəqərə” 30).
Təfsirçilər xəlifə dedikdə, iki nəzəriyyəni irəli sürüblər.
Birinci nəzəriyyə.
İnsanın bir və ya bir neçə növü yer üzündə yaşamışdır. Onlar yer üzündə fəsad törətməyə və qan tökməyə başlamışdılar. Sonra isə nəsilləri tükənmişdir. Mələklərin nəzərinə görə, xəlifənin xüsusiyyətləri gərək Allaha bənzər olsun və Onun sifətlərinə malik olsun. Ona görə də Allaha belə fikir bildirirlər.
İkinci nəzəriyyə.
Allah Təala ona görə onu canişini adlandırır ki, Allah bəndələri arasında hökm verən zaman Onun canişini olur. Allah Təala öz canişinlərinə yerdən istifadə edib, bəhrələnmək haqqını vermişdir.
Bu iki nəzəriyyə də Həzrət Adəmdən (ə) əvvəl insanların olduğuna işarə edir və bizi uzaqlara aparır. Bu insanlar yer üzündə yaşamış və sonra fəsad törətdiklərinə görə nəsilləri kəsilmişdir.
(Tebyan)