Mart 12, 2016 16:09 Asia/Baku
  • Həzrət Fatimənin (s.ə) kəlamlarından nümunələr
    Həzrət Fatimənin (s.ə) kəlamlarından nümunələr

Həzrət Fatimə (s)-nın vəfatı münsibəti ilə başsağlığı veririk.


llahın aydın dəlili


Fatimə (ə.s) buyurub: "Biz (Əhli-beyt ə) Allahın məxluqları ilə rabitə vasitəsiyik. Biz Allahın seçdikləriyik paklıqlar məqamı, Allahın aydın dəlili, ilahi peyğəmbərlərin varisiyik."


(Nəhcül-həyat, s. 35)

Xoşbəxt


Fatimə (ə.s) buyurub: "Xoşbəxt o şəxsdir ki, (imam) Əlini, o həyatda olarkən və onun ölümündən sonra da sevsin."


(Biharül-ənvar, c.27, s. 74)

Sadə yaşamaq


Fatimə (ə.s) buyurub: “Mən və əmimoğlu, gecələr üstündə yatdığımız, gündüzlər üzərində dəvələrimizə ot (yem) veridiyimiz qoyun dərsindən başqa rifahımız üçün bir vasitəmiz yoxdur."

(Nəhcül-həyat, s. 41)


Həzrət ömürünü son anlarında həyat yoldaşına xitabən:


“Məndən sonra İmamənin qızı ilə evlən. Çünki o, övladlarıma qarşı mənim kimi ürəkyanan və dindardır. Kişilərin hər halda qadınlara ehtiyacı var.”



"Ey Allah! Seçdiyin övliya və müqərrəblərə və ölməyimlə övladlarımdan ayrıldqdan sonra onların ağlaması xatirinə, şiələrin və bizim tərəfdarlarımızın günahını bağışla!”



"Həmişə ananın ayağına düşüb xidmətində ol. Çünki cənnət analır ayağı altındadır. O nemətlərin nəticəsi cənnət olacaq.”


Oruc tut. Heç bir şey dili, qulağı, gözü və digər üzvləri (əzələləri) oruc kimi kantrolda saxlamır.”



Həzrətin evinə olunan hücumdan sonra Əbu Bəkrə xitab edərək buyurdu:


“And olsun Allaha, artıq səninlə danışmayacağam. And olsun Allaha, hər bir namazdan sonra sənə nifrin edəcəyəm.”



Ömər və Əbu Bəkr, həzrətin görüşünə gəldikdə xanım (ə.s) buyurdu:


“ Allah və mələkləri şahid tuturuq ki, siz bizi qəzəbləndirib incitdiniz. Bizi razı etmədiniz. Allahın rəsulu (s) ilə görüşəndə sizdən şikayət edəcəyəm.”



Mühacir və ənsara xitab edərək buyurdu:


“ Məndən uzaq olun! Məni öz halıma buraxın! O qədər etinasızlıq və səhlənkarlığınızla görə sizinüçün üzr yeri qalmayıb. Atam, Qədir Xum günü sizin üçün üzr istəməyə (bəhanə) yeri qoydumu?”



Buyurdu: “İstər həyatda istər ölümümüzdən sonra hər kəs atama və mənə üç gün salam göndərsə Allah cənnəti ona vacib edər.”


Buyurdu:


“ Qadının öz şəxsiyyətini qoruması üçün ən yaxşısı odur ki heç bir kişini görməsin və kişilərə görsənməsin.”



Həyat yodlaşına vəsiyyət əsnasında:


“Məni ölümümdən sonra unutmayın mənim ziyarət və görüşüm üçün məzarım üstə gəlin.”



Buyurdu:


“ Biz Əhli-beytin göstərişlərinə əməl edib nəhy etdiklərimizdən çəkinsən, bizim şiələrdənsən.”


Buyurdu:


“Mənim üçün dünyada üç şey sevimldir: Quran tilavəti, Allah rəsulunun üzünə baxmaq və Allah yolunda ehtiyaclılara kömək etmək.”



“Yeməkdən sonra əllərini yumayan şəxs üçün narahatlıq üz versə özündən başqasını qınamasın!”


Buyurdu:


“Həqiqətən Allah, bütün günahları bağışlayır, heç kəsdən qorxusu yoxdur.”



İzhar etdi:


“Ey Ata! Qiyamət gününü yada saldım ki, necə camaat çılpaq halda Allahın müqabilndə duracaq köməklərinə çatan olayacaq, əməl və Əhli-beytə olan məhəbbətdən başqa.”



Buyurdu:


Qiyamət günü bərpa olduğu zaman peyğəmbər (s) ümmətinin günahkalarına şəfaət edəcəyəm.”


Buyurdu:


“Allah taala şərab içməyi cəmiyyətin cinayət və pisliklərdən paklanması, nalayiq böhtanlardan uzaqlaşmanı Öz qəzəb və nifrini üçün maneə,oğrulu etməməyi cəmiyyət üçün pakləq və pakdamənlik səbəbi qərar verib.”



www.sibtayn.com/az


Teqlər