İyun 19, 2016 12:54 Asia/Baku
  • Ramazan ayında susuzluğun qarşısını almaq üçün bir neçə tövsiyə

Ramazan ayında susuzluğun qarşısını almaq üçün bir neçə tövsiyə

Oruc zamanının uzun olması, havanın isti olması - oruc tutan insanın diqqət etməli olduğu nöqtələrdən biridir. Bəs nə edək ki, bədənimizin susuzluğunun qarşısını effektiv ala bilək?

Yəqin ki, bir çoxlarınız bilir ki, insan bədəninin 60%-ni su təşkil edir. Əgər insan gün ərzində kifayət qədər su qəbul etməzsə, bir çox çətinliklər meydana gələ bilər. O cümlədən: dəri quruluğu, qəbizlik, baş ağrısı, yorğunluq kimi.

Ona görə də mütəxəssislər məsləhət görürlər ki, oruc tutan insan iftar zamanı su içməklə yanaşı, tərkibində daha çox suyu olan meyvə və tərəvəzlərdən də istifadə etməlidir. Bu tərəvəzlər və meyvələr həm bədəni su ilə təchiz edər və həm də lazım olan vitamin və mineralları bədənə çatdırar. Bu meyvə və tərəvəzləri tanıyaq ki, onlardan istifadə edək:

Xiyar.

Tərəvəzlər arasında xiyar ən çox suya malik olan tərəvəzdir. Xiyarın 90%-ni su təşkil edir. Bu tərəvəz liflə zəngin olduğu üçün, suyu bədəndən tədricən dəf edər və susuzluğun qarşısını alar.

Kahı.

Kahının 95,5 %-ni su təşkil edir. Bu tərəvəz su ilə yanaşı, çox sayda vitaminlə zəngindir, o cümlədən K vitamini ilə.

Qarpız.

Qarpız o meyvələrdəndir ki, 91,5 %-ni su təşkil edir. Qarpız yay fəslində istifadə olunan ən faydalı meyvədir.

Yemiş.

Yemiş ən az kaloriyə malik olan sulu meyvədir ki, tərkibində 90% su vardır. Bu meyvənin yarısını yemək bədənə 50 kalori enerji verər. Bədənin C vitamininə və karotinə olan ehtiyacını təmin edər.

Çiyələk.

Çiyələyin tərkibində 91% su vardır. Bu meyvə həm ləzzətlidir və həm də yay fəzlində bədəni su ilə təmin edər.

Alma, yetişmiş banan, kivi, şaftalı, ispanaq, kök, təzə nanə də yay fəslində ən çox yeyilməli olan meyvə və tərəvəzlərdəndir.

Bunu qeyd edək ki, tərkibində kofein olan içkilər insanı tez susuzladar. Həmçinin kəskin ədviyyatlı yeməklər, yağlı və qızartma yeməkləri də insanda susuzluq hissini tezləşdirər.

 

/Deyerler.org/

Teqlər