Oruc tutanın 2 xoş halı
(Ustad Ənsarianın nəzərlərinə əsasən)
Bütün bəşər övladları əbədi səadət arzusundadırlar. Ancaq bəziləri bu yoldan azıb, məhvə və bədbəxtliyə aparan yolu seçiblər və qəflət dənizində boğulurlar. Onlar bilmirlər ki, xoşbəxtlik və bədbəxtlik hər bir insanın təbiətində ixtyari olaraq, gizlənmişdir. Hər kəs qəflət, yalan, riya, fırıldaq, çirkin və fəsad işlərlə özünü bədbəxtlik tufanına düçar edə bilər. Ancaq xoşbəxtlik bir xəzinədir ki, əziyyətsiz əldə olunmur, vəhşi ceyran kimidir, kiçik qəflət edən zaman insanın qucağından qaçır.
O kəslər ki, öz qiymətli vaxtlarını boş yerə sərf edirlər, o kəslər ki, minlərlə pis işlər görürlər, sözə ehtiyac yoxdur və aydındır ki, ipəkqurdu kimi bədbəxtlik ipini ətrafına sarıyırlar. Təəcüblüdür ki, o zaman ki, özünü tələdə hiss edirlər, ruzigardan şikayət edir və başqalarından narazı olurlar. Öz günahını başqalarının üzərinə atarlar.
Fəsad və bədbəxtlik hasarını dağıtmaq üçün Allah Təala dəfələrlə buyurmuşdur ki, ilin on iki ayının bir ayını oruc tutsunlar ki, xoşbətliyin qapılarından biri onların üzərinə açılsın. O kəslər ki, Ramazan ayının mənasını, hadisələrini və xüsusiyyətlərini yaxşı dərk edibdirlərsə, bir növ ondan canverici ilham alacaqlar ki, bu da bir ruhani səfərinin başlanğıc nöqtəsidir. Bu ayda mömin maddi həyatdan ayrılaraq, parlaq bir həyata qədəm qoyur. Dünyanın zülmətlərindən və qəmindən ayrılaraq, ləzzətə qovuşurlar və orada heç bir dərd hiss etmirlər. Hər gün bu ifadə: “Ya Allahım! Sənin üçün və Sənin göstərişinlə oruc tuturam” ilə başlayır və “Ya Allahım! Sənin üçün və Sənin göstərişinlə iftar edirəm” cümləsi ilə onu sona çatdırırlar və qalan vaxtları da dua etməklə, Qurani-Kərimi tilavət etməklə və namaz qılmaqla bu məqama diqqət edərlər.
Nəbiyi-Əkrəm (s) buyurur: “Oruc tutanın iki xoş halı vardır: iftar vaxtı və Allahla görüşü vaxtı”.
Başqa yerdə Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, Ramazan ayı oruc tutar, imana və Allah Təalaya qarşı hesabına xatir qulağını, gözünü və dilini insanlara əziyyət verməkdən hifz edər - Allah Təala onun orucunu qəbul edər, uzaq və yaxın günahlarını bağışlayar, səbr edənlərin savabını ona verər”.
Məşhədi Xanım,
“Dəyərlər”