İyul 18, 2016 16:56 Asia/Baku
  • Əhdə vəfa etmək – möminliyin nişanəsidir
    Əhdə vəfa etmək – möminliyin nişanəsidir

Əhdə vəfa etmək – möminliyin nişanəsidir

Dinimiz buyurur ki, kiməsə söz vermək istəsən, o zaman öz qüdrətini ölçüb-biç və gör ki, bu sözə sadiq qala biləcəksənmi? Əgər qüdrətin çatmırsa, söz vermə. Əmirəl-möminin (ə) buyurur: “O şeyi ki, vəfa etməkdən acizsən – vəd vermə”.

Həzrət (ə) yenə buyurur: “O şeyin ki, vəfasına yəqinliyin yoxdur – vəd vermə”.

Əhdə vəfa etmək – İslam dininin qanunlarındandır ki, heç kəsin haqqı yoxdur ki, əhdinə vəfa etməsin. Hətta kafirə qarşı belə. İmam Baqir (ə) buyurur: “Allah üç şeydə heç kəsə icazə verməmişdir. O üç şeydən biri – istər yaxşı əməl sahibinə qarşı olsun, istərsə də günah əhlinı qarşı olsun – əhdə vəfa etməkdir”.

Əhdə vəfa etmək – imandandır. “Və o kəslər ki, özlərinin (xalqla və yaradanla) əmanətlərinə və (Allahın onlarla bağladığı, yaxud özləri öz aralarında bağladıqları və ya camaatla bağladıqları) əhd-peymanlarına riayət edirlər”. (“Muminun” 8).

Əhdə vəfa etmək – saleh əməl sahiblərinin nişanəsidir. Əmirəl-möminin (ə) Malik Əştərə buyurur: “Çəkin o şeydən ki, insanlara vədə verəsən və yerinə yetirməyəsən. Çünki Allahın və insanların qəzəbinə səbəb olur”.

Əhdə vəfa etmək – möminin sifətlərindəndir. İmam Əli (ə) buyurur: “Əhdə vəfa etmək – dindar insanların nişanələrindəndir”.

Əhdə vəfa etmək – nəzir kimidir. İmam Sadiq (ə) buyurur: “Möminin din qardaşına verdiyi vədə - bir növ nəzirdir ki, ona vəfa etmək lazımdır. Məgər o halda ki, kəffarəsi yoxdur. Hər kim verdiyi vədəni yerinə yetirməzsə, Allahla müxalifətlik etmiş olar. Özünü İlahi qəzəbə məruz edər”.

Əhdə vəfa etməmək – Allahı qəzəbləndirər. “Allah yanında əməl etməyəcəyiniz şeyi deməyiniz – qəzəb gətirəndir”.

Əhdə vəfa etmək – imanın haqqıdır. İmam Sadiq (ə) buyurur: “Mömin – möminin qardaşı, onun gözü və yolgöstərəni kimidir. Ona xəyanət etməz, zülmü rəva bilməz, onu aldatmaz və ona yerinə yetirməyəcəyi vədi verməz”.

Teqlər