Sen 28, 2016 13:22 Asia/Baku
  • Dünyanın ən böyük hüseyniyyəsi
    Dünyanın ən böyük hüseyniyyəsi

Tasua günü 90 minlik meydanda İmam Hüseyn (ə) bayraqları qaldırılacaq

2018-ci il Dünya Futbol Çempionatının Asiya oyunlarında İranla Cənubi Koreya milli komandaları oktyabrın 11-də üz-üzə gələcək.

 Bu tarix Məhərrəm ayının 9-cu gününə, Tasua gecəsinə təsadüf edir. Ölkə rəsmiləri bu xüsusi vəziyyətlə bağlı oyunun tarixini dəyişdirmək üçün FİFA-ya müraciət etsə də, FİFA-nın Səudiyyəli bölgə rəsmisi bu müraciəti nəzərə almayıb.

Bu səbəblə İranın qeyri-hökumət təşkilatları hərəkətə keçərək, dünyanın ən böyük stadionlarından olan 90 min tamaşaçı tutumuna malik Azadi stadionunu möhtəşəm bir hüseyniyyəyə çevirməyi qərara alıblar. Qarşılaşmanın keçirildiyi stadiona matəmi simvolizə edən qara paltarlarla gəlməyi planlaşdıran tamaşaçılar, oyun ərzində "Ya Hüseyn (ə)!" şüarları ilə bütün dünyaya İmam Hüseyn (ə) eşqini göstərəcəklər.

Qeyd edək ki, İranın Gənclər və İdman Nazirliyi 56 regional nümayəndəsi FİFA-ya birgə məktub yazaraq, İranla Cənubi Koreya milli komandalarının oktyabrın 11-də, Tasua gecəsindəki oyunun vaxtının dəyişdirilməsini istəmişdi.

Teqlər