Okt 16, 2016 16:15 Asia/Baku
  • Nə üçün imam Hüseyn (ə) Kufəyə yollandı? Məgər o şəhid olacağını əvvəlcədən bilmirdi?

Hər bir insan ölümü dadacaq və heç kəsin ölümü barəsində xəbərdar olması onun ölümünün vaxtını nə dəyişər, nə də təxirə salar

Əgər Allahın o ölümdə razılığı qətidirsə, bunun qarşısını heç nə ilə almaq olmaz. İmamların bu dnyadan köçməsi ən gözəl tərzdə olub, yəni şəhadət. Bu ali ölümün qarşısını almağa cəhd etmək Allahın razılığına zidd olmaq deməkdir. Çünki, Məsum İmamlar (ə) Allahın razılığı olmadan bir addım belə atmamışlar, onların ölümü də Allahın razılığ ilədir. Əlbəttə İmamlar qeyb aləmindən xəbərdar idilər və istifadə edirdilər, əgər müəyyən şəraitdə ölüm təhlükəsi qarşıya çıxsa, əgər Allahın bu şəraitdə şəhid olmalarına razı olmadığını bilsələr, özlərinə nicat verərdilər. Bu barədə tarixdə misallar var. İmam Hüseyn (ə) həm babası Rəsulallahın əvvəlcədən buyurduğuna, həm də öz qeyb elmi ilə bilirdi ki, ali məqam olan şəhadətdən başqa onun bu ölümü İslamın nicat tapmasına səbəb olacaq və bundan boyun qaçırmaq düzgün olmaz. Əbəs yerə tarixdə deyilmir ki, “Kərbəla faciəsində qan qılınca qalib gəlib”.

islam.az

Teqlər