May 02, 2024 17:06 Asia/Baku
  • ABŞ Azərbaycan şirkətinə sanksiya tətbiq edib

Çərşənbə günü ABŞ Rusiyaya beynəlxalq hərbi texnika tədarükü ilə bağlı 300-ə yaxın yeni sanksiyanı açıqlayıb. Sanksiya tətbiq olunan ölkələr arasında Azərbaycan da var.

Sanksiyalar Moskvanın hərbi komponentlər əldə etməsinə kömək edən üçüncü ölkələrdəki şirkətlərə və şəxslərə şamil olunub, bu barədə ABŞ Maliyyə Nazirliyinin press-relizində deyilir.

Bu ölkələr arasında Belçika, Çin, Slovakiya, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri, həmçinin Azərbaycan var.

Xüsusən, Azərbaycanda Maliyyə Nazirliyi "Əliyevin satınalma şəbəkəsi"ni təqib edir.

"Yevgeni Əliyev bir sıra şirkətlərə nəzarət edən və rus hərbiçiləri ilə sıx əlaqələri olan satınalmalar üzə agentdir. Onun şəbəkəsinə "Lahıc Energy" Məhdud Məsuliyyətli Cəmiyyəti, GMM FZE və GMM Management, DMCC (GMM Managemenet) daxildir", deyə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.

""Lahıc Energy" 2023-cü ildə Rusiyanın ABŞ-ın sanksiyalarına məruz qalmış texnologiya istehsalçılarının adından biznes həyata keçirməyə çalışan Azərbaycan şirkətidir.

GMM FZE və GMM Management BƏƏ-də yerləşən şirkətlərdir. Cahangir Yevgeni oğlu Əliyev (Cahangir Əliyev) Lahıc Energy şirkətinin direktoru və Yevgeni Əliyevin oğludur.

Yevgeni Əliyev Rusiyanın hərbi-sənaye kompleksi ilə işləyib, deyə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.

 

 

Teqlər