Sen 01, 2021 08:29 Asia/Baku
  • Quterreş:

BMT baş katibi Antonio Quterreş yaydığı bəyanatda, beynəlxalq ictimaiyyəti əfqan xalqına ən qaranlıq günlərində maddi dəstək olmağa çağırıb.

SəhərAzəri-nin verdiyi məlumata görə, Quterreş Əfqanıstanda əsas xidmətlər sisteminin tamamilə məhv olma təhlükəsinin olduğu bildirib.

O bildirib ki, Əfqanıstan əhalisinin təxminən yarısı yəni 18 milyon insanın yaşamaq üçün humanitar yardıma ehtiyacı var:

"Hər 3 əfqandan biri növbəti dəfə nə vaxt qida qəbul edəcəyini bilmir. Beş yaşınadək olan uşaqların yarısından çoxunun gələn il qida qıtlığı ilə üzləşməsi gözlənilir. İnsanlar hər gün əsas mal və xidmətlərə çıxışlarını itirirlər. Əfqanıstanda humanitar fəlakət qaçılmazdır", - deyə baş katibin bəyanatında qeyd edilib. 

Quterreş vurğulayıb ki, əfqan xalqının beynəlxalq ictimaiyyətin dəstəyinə hər zamankından daha çox ehtiyacı var.

O, Əfqanıstandakı bütün tərəflərin humanitar yardımın fasiləsiz və təhlükəsiz çatdırılmasını təmin etməli olduğunu söyləyib.

Teqlər