May 19, 2017 11:50 Asia/Baku
  • İran rəsmiləri seçkilərdə iştirak edib
    İran rəsmiləri seçkilərdə iştirak edib

İran İslam Respublikası rəsmiləri səsvermə məntəqələrində iştirak edərək 12-ci prezident və 5-ci şəhər və kənd islam şuraları seçkilərində səs veriblər.

İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amuli Laricani seçkilərdə iştirak etdikdən sonra jurnalistlər qarşısında deyib: Vətəndaşlar səsvermədə iştirak etməklə İran İslam Respublikası quruluşu ilə həmrəylik və dəstəyi əks etdirir və xalqın iqtidarının yüksəlməsinə şərait yaradır. 

Ayətullah Amuli Laricani əlavə edib: 19 may seçkilərinin əsil qalibi İranın böyük xalqıdır və vətəndaşların iştirakı ilə İran düşmənlərinin məkrli planları zərərsizləşdirilir. 

İranın Məhkəmə Hakimiyyətinin sədri bildirib: İran düşmənləri İslam Respublikasında vətəndaşların bütün təzyiq və sanksiyalara baxmayaraq quruluşun arxasında durduğunu və sərbəst şəkildə səsvermədə iştirak edəcəklərini etiraf edirlər. 

İslam Şurası Məclisinin sədri Əli Laricani, Məsləhət Şurasının üzvləri, Rəhbərlik Xobrəqan Məclisinin üzvləri, Negəhban Şurasının üzvləri, İslam Şurası Məclisinin nümayəndələri, nazirlər və digər ordu və ölkə rəsmiləri də səsvermə məntəqələrinə gedərək 12-ci prezident və 5-ci şəhər və kənd islam şuraları seçkilərində iştirak ediblər. 

Teqlər