Avq 12, 2017 14:33 Asia/Baku
  • Ruhaninin təklif etdiyi nazirlərə etimad səsinin verilməsi çərşənbə axşamı günü araşdırılacaq
    Ruhaninin təklif etdiyi nazirlərə etimad səsinin verilməsi çərşənbə axşamı günü araşdırılacaq

İran İslam Şurası Məclisinin rəyasət heyətinin üzvü deyib: İran prezidentinin təklif etdiyi proqramın araşdırılması və nazirlərə etimad səsinin verilməsi çərşənbə axşamı günü məclisin açıq iclasında başlanacaq.

İran İslam Şurası Məclisinin rəyasət heyətinin üzvü Əkbər Rəncbərzadə bu gün IRIB ilə müsahibədə əlavə edib: İranın gələcək dövləti üçün təklif edilmiş nazirlərə etimad səsinin verilməsinin araşdırılması iclası çərşənbə axşamı günü səhər başlanacaq və öncə İran prezidenti Həsən Ruhani dövlətin proqramı, nazirlərin tərkibi və yeridəcəyi kursu müdafiə barədə iki saat yarım müddətinə çıxış etmək fürsətinə malik olacaq.

Əkbər Rəncbərzadə söyləyib: Prezidentin çıxışından sonra beş müvafiq və beş müxalif nümayəndə dövlətin proqramı, nazirlərin tərkibi və yeridəcəyi kurs barədə öz baxışlarını bəyan edəcək.

O, deyib: İclasın davamında əlifba sırası ilə nazirliklərə irəli sürülmüş nazirlər iki müvafiq və iki müxalif nümayəndənin, eləcə də nazirlərin özlərinin çıxışı ilə araşdırılacaq.

İran İslam Şurası Məclisinin rəyasət heyətinin üzvü əlavə edib: Nazirlərə etimad səsinin verilməsinin araşdırılması səhər və günortadan sonra həyata keçiriləcəkdir ki, şənbə günü avqustun 19-da nazirlərə etimad səsinin verilməsi məsələsi aydınlaşmış olsun.

İran İslam Respublikasının prezidenti avqustun səkkizində bir məktubda İran İslam Şurası Məclisinə 12-ci dövlətin təklif olunmuş nazirlərini təqdim edibdir.

Teqlər