Mart 13, 2018 17:50 Asia/Baku
  • Ruhani: Tehran və Bakı Asiyanın Avropaya qovuşması istiqamətində baş yol ola bilərlər
    Ruhani: Tehran və Bakı Asiyanın Avropaya qovuşması istiqamətində baş yol ola bilərlər

İran İslam Respublikasının prezidenti deyib: İran və Azərbaycan Respublikası Asiya və Afrika məntəqələrinin Avropanın şimalına qovuşmaları istiqamətində baş yola çevrilə bilərlər.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Tehranda Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev ilə görüşdə iki ölkə dövlətləri və xalqlarının qarşılıqlı münasibət və həmkarlıqların genişləndirilməsindəki iradələrini önəmli adlandırıb.

İran İslam Respublikasının prezidenti Tehran-Bakı əlaqələrini genişlənməkdə və iki xalqın maraqları çərçivəsində olan əlaqələr adlandırıb və ikitərəfli münasibət və həmkarlıqların genişləndirilməsi, gücləndirilməsi və möhkəmləndirilməsi üzrə səylərə təkid edib.

Ruhani habelə Xəzər dənizinin hüquqi statusunun hazırlanması və bu məntəqədə birgə iqtisadi fəaliyyətlərin təşkil edilməsi üzrə proqramlaşdırma istiqamətində iki ölkə rəsmilərinin məşvərət və əməkdaşlıqlarının davam etdiriməsi vacibliyini vurğulayıb.

İran İslam Respublikasının prezidenti Azərbaycan Respublikası prezidentinin onu yaxın gələcəkdə Bakıya rəsmi səfərə dəvət etməsinə işarə edərək, ümidvarlıq edib ki, bu səfər iki ölkənin əlaqələri, həmkarlıqları və dostluqlarının daha da genişlənməsinə səbəb olacaq.

Şahin Mustafayev də iki ölkə prezidentlərinin hərtərəfli Tehran-Bakı münasibətlərinin daha da genişlənməsinə köklənmiş siyasi əzmkarlıqlarına təkid edərək, deyib: Qarşılıqlı investisiyalar və ticarət mübadilələri son illərdə nəzərəçarpacaq artıma malik olubdur.

Teqlər