Mart 13, 2018 18:05 Asia/Baku
  • Mehdi və Həmid Bakeri şəhidlərinin anım mərasimi
    Mehdi və Həmid Bakeri şəhidlərinin anım mərasimi

Şəhidlərin anım günü ilə bir vaxtda və onun 31-ci Aşura diviziyasının komandanı şəhid Mehdi Bakerinin şəhadətinin ildönümü gününə təsadüf etdiyi gündə Tehranda ölkə və ordunun yüksək səviyyəli rəsmilərinin iştirakı ilə mərasim keçirilib.

İslam İnqilabı tarixi öz qanını təqdim edərək, bu inqilabın yenicə boy atmış ağacını suvarmış qəhrəmanlarla doludur.

İsfənd ayının 22-si, şəhidlərin yüksək dərəcələrini dəyərləndirmək məqsədilə İranda şəhidlərin anım günü adlandırılıbdır. İslamın rəşadətli komandanı və şücaətli bir şəxs olan şəhid Bakerinin şəhadətinin ildönümü gününə təsadüf edən bu mərasim şəhidlərin yüksək dərəcələrini dəyərləndirmək məqsədilə ölkə və ordunun yüksək səviyyəli rəsmilərinin iştirakı ilə Daxili İşlər Nazirliyinin akt salonunda keçirilib.

Bu mərasimdəki maraqlı cəhət, şəhid Bakerini görməyən gənclər və yeniyetmələrin iştirakı olubdur... Amma səbəbsiz deyildir ki, İmam Xamenei şəhidlər barədə belə deyirlər: Şəhidlərin adları və xatirələri hər bir nöqtədə olarsa, orada rəhmət və hidayət nuru olar. Və bu gün biz xalqın və ölkənin başıucalığını bu əzizlərin qanlarının axıdılmasına borclu bilir və İslami İrandan tutmuş işğal olunmuş Qarabağ torpaqlarınadək və Fələstin şəhidlərindən tutmuş bütün islami ərazilərdəki müqavimət cəbhəsi şəhidlərinədək şəhidlərin yüksək dərəcələrinə salam göndəririk.