Okt 11, 2018 17:42 Asia/Baku
  • General Baqeri: İran yumşaq müharibədə ağır hücumlarla üzləşir

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib ki, düşmən İran İslam Respublikası ilə müharibədə bir nailiyyət əldə etməyəcək.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor pasdar Mohəmməd Baqeri bu gün Kermanşah vilayətinin hərbi komandanlığının kəşfiyyat sərgisindən baxışkeçirmənin kənarında bildirib ki, bu ölkə yumşaq müharibədə ağır hücumlarla üzləşir. O, deyib: Düşmən yumşaq savaşda İrana qarşı təhlükəsizlik, kəşfiyyat və casusluq sahələrində addımlar atıbdır.

General-mayor Baqeri əlavə edib: Düşmənin yumşaq müharibədəki ən çox səyi mədəni, etiqad və dini sahələrdə təmərküzləşib və yüksək texnologiyaya və imkanların artım sürətinə görə, virtual mühitin izlənilməsi böyük önəmə malikdir.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi həmçinin İranın hüquq-mühafizə qüvvələrinin modern təchizatlarına işarə edərək, deyib: İranın hüquq-mühafizə qüvvələrinə əks-kəşfiyyat və təhlükəsizlik təchizatları verilib və hüquq-mühafizə qüvvələri bu sahədə keçmişdəkinə nisbətən son dərəcə tərəqqi edibdir.