May 10, 2024 19:26 Asia/Baku
  • İran ortaq maraqlar istiqamətində Avropa ilə anlaşmağa hazırdır

İran İslam Respublikasının xarici işlər naziri İranın ortaq maraqlar istiqamətində Avropa ilə anlaşmağa hazır olduğunu bildirib.

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan bu gün virtual mühitdəki şəxsi səhifəsində «Avropa günü» münasibətilə verdiyi mesajda bu günü təbrik edib və belə qeyd edib: İran dünyada sülh, təhlükəsizlik və ortaq maraqlar istiqamətində əməkdaşlığa, konstruktiv dialoqa və hörmət əsasında Avropa ilə işləməyə və anlaşmağa hazırdır.

Bu özəl gündə/ Avropada sülh və səadət üçün səy göstərmiş bütün insanlar bütün dünyada sülh və təhlükəsizlik fikrində olmalıdırlar- deyə, Əmir-Abdullahiyan vurğulayıb.

İran diplomatiya aparatının başçısı sonra belə qeyd edib: Qəzzə zolağında baş verənlər/ bəşəriyyət vicdanının çiyinində/ ağır yük, həmçinin avropalıların/ uğrunda çalışdıqlarını iddia etdikləri/ insan hüquqları və ləyaqəti kimi dəyərlərin legitimliyi üçün/ böyük bir sınaqdır.

İran İslam Respublikasının xarici işlər naziri mesajın sonunda vurğulayıbdır ki, Avropa/ Fələstin məsələsindəki ədalətsevərlik səsini ucaltmalıdır.

 

Teqlər