Dek 06, 2018 15:04 Asia/Baku
  • İranın cənub-şərqində terror aktı; 3 nəfər şəhid olub

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Quru Qoşunları komandanı deyib: Cümə axşamı səhər saatlarında bomba və partlayıcı maddələr yerləşdirilmiş bir "pikap" ilə Çabəharın polis qərargahına hücum edilib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, general-mayor Məhəməd Pakpur əlavə edib: Təəssüflər olsun ki, bu terror hücumu zamanı Polis Qərargahının önündəki mühafizəçilərdən bir neçəsi şəhid olub, bir qrup insan da xəsarət alıb.

Sepah-ın Quru Qoşunları komandanı əlavə edib: Bu terror aktı kor-koranə şəkildə törədilmiş bir terror aktı olub və bu əməliyyatı törədənlər üçün hansısa faydası olmayıb.

Çabəhar polis idarəsinin rəisi Rəhimdel Bamiri də bu barədə deyib: Bu terror hücumunda 3 nəfər şəh id olub, bir neçə mülki vətəndaş da daxil olmaqla bir qrup insan xəsarət alıb.

Çabəhar polis idarəsi rəisinin dediyinə görə, hazırda şəhərdə vəziyyət normaldır və şəhər təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır.