Dek 07, 2018 14:31 Asia/Baku
  • Tehranın cümə namazı xitabətçisi: Amerikanın İran xalqına qarşı son fitnələri məğlubiyyətə uğrayacaq

Tehranın cümə namazı xitabətçisi deyib: Amerikanın İran xalqına qarşı bütün fitnələri indiyə kimi məğlubiyyətə uğrayıb və Amerika məhvolma yolunu gedir.

Ayətullah Mohəmməd Əli Movəhhedi-Kermani Tehranın buhəftəki cümə namazı xütbələrində 16 azər- tələbə gününə və Amerikanın 1953-cü ildə iranlı tələbələrin pəhləvi rejimi tərəfindən qırğın edilməsindəki roluna işarə edərək, əlavə edib: Amerika ötən illərdən bu günədək İran xalqına qarşı bütün cinayətlərdə istər birbaşa, istərsə də dolayısı ilə rol oynayıbdır. Amerika ölkəsi yerli qırmızıdərili əhaliyə qarşı soyqırımı yolu ilə formalaşıbdır.

Tehranın cümə namazı xitabətçisi ABŞ-ın Yaponiyanın Hirosima və Naqasaki şəhərlərinə qarşı atom bombardmanına, eləcə də Quantanamo və İraqda yeləşən Əbu-Qurəyb məhbəslərindəki cinayətlərinə də toxunub və bildirib ki, bu cinayətləri törədə-törədə Amerika dünyada demokratiya və insan haqlarının müdafiəsindən dəm vurur.

Ayətullah Movəhhedi-Kermani deyib: Amerikanın İrana qarşı bütün fitnələri və cinayətlərinə rəğmən, Vaşinqton İran xalqı qarşısındakı məğlubiyyətlərinə görə, rekordu qırıb və bu ölkənin, sanksiyaların artırılması daxil olmaqla İrana qarşı son fitnələri məğlubiyyətə uğrayacaqdır.

Tehranın cümə namazı xitabətçisi həmçinin Yəmən böhranını Amerika və Qərb xüsusiyyət təşkil etməklə dünya ictimaiyyəti üçün çətin sınaq adlandırıb və belə əlavə edib: Yəmən xalqının ali-səud rejimi və regiondakı bəzi ərəb ölkələri tərəfindən rəhmsizcəsinə qırğın edilməsi göstərdi ki, Amerika və Qərbin insan haqlarını müdafiə iddiaları yalandan və aldatmadan başqa bir şey deyildir.