İran - Türkiyə sərhəd əməkdaşlıqları araşdırılıb
İranın Qərbi Azərbaycan vilayətinin Maku şəhərindəki sərhəd alayının komandanı və Türkiyənin Iğdır vilayətinin valisi iki ölkə sərhədlərinin möhkəmləndirilməsinə təkid ediblər.
İRNA-nın məlumatına görə, İranın Makudakı sərhəd alayının komandanı Şirzad Hacızadə Türkiyənin Iğdır vilayətinin valisi Ənvər Ünlü ilə görüşdə deyib: İranlı sərhədçilər istənilən nöqtədə terrorçular və təxribatçılar ilə mübarizəyə hazırdırlar.
Hacızadə əlavə edib: Bəzi qruplaşmaların İranın şimal-qərb sərhədlərində təxribatçılıqlıa məşğul olmasını nəzərə alaraq, İran və Türkiyə sərhədçiləri bu ünsürlərin fəaliyyətlərini və gediş-gəlişini önləmək üçün daha artıq əməkdaşlıq etməlidirlər.
Türkiyənin Iğdır vilayətinin valisi Ənvər Ünlü də bu görüşdə İran və Türkiyə xalqları arasında möhkəm bağların olduğuna işarə edərək, deyib: Bu dostluq daim iki ölkə sərhədlərində sabitlik və təhlükəsizlik amili olub.