Avq 14, 2019 12:28 Asia/Baku
  • İranın Amerikanın hərəkətləri qarşısında məntiqli strategiyası
    İranın Amerikanın hərəkətləri qarşısında məntiqli strategiyası

Əlcəzirə telekanalı xəbər verib ki, İranın Amerikanın Hörmüz boğazında beynəlxalq koalisiya yaratmaq üzrə səyləri qarşısındakı strategiyası uğurlu olubdur.

Amerika hökuməti beynəlxalq koalisiya yaratmaq üzrə səylərini davam etdirir və iddia edir ki, onda məqsəd, gəmiçiliyə dəstəyə zəmanətdir. Belə bir halda, İran İngiltərənin tabeliyində olan Cəbəlüttariqdə bu ölkənin müsadirə olunmuş gəmisi ilə bağlı hadisələri nəzarətdə saxlayır. Ehtimal üzrə Tehran ilə London arasındakı gərginlik üçün münasib həll yolunun mahiyyəti, diplomatikdir.

İngiltərə hökumətinin sözçüsü bu barədə "regionda stabilliyi pozan fəaliyyətlər" adlandırdığı məsələni pisləyib və ölkəsinin Tehranla nüvə anlaşmasına sadiq olduğunu vurğulayıb. Belə görünür ki, bu mövqe İngiltərənin İran və Amerika üçün ikili ismarıcını daşıyır. Bu ismarıcın göndərilməsi Amerika milli təhlükəsizlik müşaviri Con Boltonun İngiltərəyə səfəri ilə bir zamanda baş veribdir.

Bu reportajda sonra deyilir: "Qardian" qəzeti ifşa edibdir ki, məhz Con Bolton İngiltərəni Cəbəlüttariqdə İran tankerini müsadirə etməyə təşviq etdi və bu addım Tehran ilə London arasındakı gərginliyin başlanğıcı oldu.

İran qətiyyətlə bildirir ki, qeyd olunan koalisiyanın təşkili uğursuz qalacaq. "Financional Times" qəzeti İngiltərə baş nazirinin Donald Trampın meylinə uyğun şəkildə hərəkət edəcəyinə şübhə ilə yanaşıb. Zira London üç prinsipə- gəmiçiliyin azadlığı, Hörmüz boğazının açıq qalması və diplomatik həll yolunun hərbi həll yolundan üstün tutulması prinsiplərinə sadiqdir. Əlcəzirə-nin reportyoru sonra belə qeyd edib: Burada İranın Hörmüz və Cəbəlüttariq boğazlarında yaşanan böhranlardakı strategiyası məntiqi həddə uğurlu görünür. İranın strategiyası tanker qarşısında tanker-ə təkiddir. İranın gəmiçilik və limanlar təşkilatının sədr müavininin proqnoz etdiyi kimi, azı iki tanker böhranında belə görünür ki, məsələ həll olunmaqdadır. Bir sözlə, belə görünür ki, Fars Körfəzindəki ədavətli diplomatik mövqe hərbi hərəkətlər təhlükəsini sakitləşdirməkdir. Zira İranın qarşısında dayanmış ölkələr bir-birilərilə ixtilafa malik olmuş olsalar da bir cəhətdə ortaq fikrə malikdirlər. O da budur ki, Hörmüz boğazındakı çəkişmələr elə bir səviyyəyə çatmamalıdır ki, daha ona nəzarət mümkün olmamış olsun.