Sen 09, 2019 07:43 Asia/Baku
  • İran xalqının Hüseyn Tasuasında əzəmətli iştirakı
    İran xalqının Hüseyn Tasuasında əzəmətli iştirakı

Hüseyn Tasuası kimi tanınan məhərrəm ayının doqquzu Həzrət Abbas(ə)-ın yüksək yeri və dərəcəsinə hörmət olaraq, o həzrətə aid edilibdir və bu gündə növhəxanlar Abbas(ə) və onun sədaqəti və məzlumcasına şəhadəti üçün növhə oxuyurlar.

Bu gün məhərrəm ayının doqquzu, Hüseyn Tasuası adı ilə tanınır. Neçə gündür ki, Ömər ibn Səədin qoşunu yolu Hüseyn(ə)-ə və onun pak xanədanına bağlayıbdır.

Moaviyyənin oğlu Yezid hidayət mövqeyini Əhli-Beyt(ə)-dan alan, həmçinin azğınlıq və zalımlığı xalq üçün müjdə gətirən bir kəs idi. Hüseyn heç vaxt bu beyətlə razılaşmır və deyir: Mənim üçün izzətli ölüm, zillətli yaşayışdan daha yaxşıdır.

Hüseyn Tasuası gecəsində Seyyiduşşuhəda(ə) əzadarlığının əhval-ruhiyyəsi bütün İranı bürüyüb və hər bir təbəqədən olan bütün şəxslər küçə və prospektlərdə əzadarlıq etdilər.

Bu gün İran şəhərlərinin bir çox əsas meydanlarında Hüseyn Tasuası üzrə xüsusi mərasimlər keçirilir ki, onda Hüseyni kişi və qadınlar iştirak edirlər. Zəncanlılar daha əzəmətli mərasim keçirirlər.

Müxtəlif ölkələrin xalqları da Hüseyn Tasuası gecəsində şəhidlər ağası və onun vəfalı köməkçilərinin xatirəsinə əzadarlıq və növhəxanlıq etdilər.