Avq 13, 2020 20:42 Asia/Baku
  • Səlami:

İslam İnqilabı Keşikçiləri Korpusu SEPSH-ın baş komandanı deyib: "Bu korpusun Qüds Qüvvələri İslam dünyasının xalqları və gəncləri arasında cihad əhval-ruhiyyəsini rəvac verir".

SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu SEPSH-ın baş komandanı general-mayor Hüseyn Səlami Livan Hizbullahının qondarma sionist rejimi ilə 33 günlük müharibədə qürurlu qələbəsinin ildönümü və "İslami Müqavimət" günü münasibətilə SEPAH-ın Qüds Qüvvələrinin komandanları və məsul şəxsləri ilə görüşdə İslam İnqilabının coğrafiyasını İslam düşmənləri ilə daimi qarşıdurmanın sahəsi kimi dəyərləndirərək, deyib: "İslam İnqilabı intellekt, ayıq-sayıqlıq, hikmət, tədbir və məntiqi sayəsində hər zaman üstün olubdur".

İslam İnqilabı Keşikçiləri Korpusu SEPSH-ın baş komandanı Livan Hizbullahının qondarma və uşaq öldürən sionist rejimi ilə 33 günlük müharibədə qürurlu qələbəsinin xatirəsini əziz tutaraq, islami müqavimət döyüçülərinin tarix yazan həmasələrini alqışlayıb və ümidvarlıq edib ki, Livanın dözümlü xalqı hazırkı problemlər və çətinliklərdən başıuca çıxacaqlar.

Livan Hizbullahı ilə sionist rejim hərbçiləri arasında 33 günlük müharibə 2006-cı ilin iyun ayında başlayıb və həmin ilin 14 avqust tarixində Livan hizbullahının qələbəsi ilə sona çatıb. Sionist rejim 33 günlük müharibədə ağır itkilər və xəsarətlərlə məğlub olaraq, geri çəkilməyə məcbur oldu. 

Teqlər