Noy 05, 2020 22:38 Asia/Baku
  • Əfqanıstan bayrağı Azadi qülləsi üzərində proyeksiya olunub

Tehran Meriyası Kabil Universitetində törədilən terror hadisəsində həlak olanların ailələri və Əfqanıstan xalqı ilə həmrəylik ifadə etmək üçün "Atanın həyatı hardasan?" haştaqı və bu ölkə bayrağını Azadi qülləsi üzərində proyeksiya edib.

SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, bu videoproyeksiya Əfqanıstanın İrandakı səfiri Əbdul-Qəfur Livalın iştirakı ilə bu gün (5 noyabr) Azadi qülləsi üzərində həyata keçirilib.

Bu videoproyeksiyada Əfqanıstan bayrağı və "Atanın həyatı hardasan" haştaqı Azadi qülləsi üzərində əks olunub.

Qeyd edək ki, noyabrın 2-də 3 silahlı şəxs Kabil Universitetinə daxil olaraq, bomba partlayış törətdikdən sonra tələbələrə doğru atəş açıblar ki nəticədə 22 tələbə öldürülüb və ən azı 40 nəfər yaralanıb.

Teqlər